(Müsahibimiz şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradovdur.)
Azəribaycanda Bələdiyyələrin yaranmasından 20, son seçkilərdən isə 5 ilə yaxın vaxt keçir. Bu illərdə vətandaş cəmiyyətinin əsas atributlarından sayılan özünüidarəetmə orqanı olan Bələdiyyələr ölkəmizdə sosial iqtisadi inkişafda daha yaxından iştirak etmiş quruculuq və abadlıq işlərinə öz töhvəsini vermişdir. Ötən 5 ilə nəzər salsaq görərik ki, şirvan Bələdiyyəsi də ona verilmiş səlahiyyətlər çərçivəsində doğurdan da seçiçilərin etimadını doğruldaraq şəhərdə genişmiqyaslı quruculuq işlərində şəhər icra Hakimiyyətinə yaxından köməklik göstərmiş seçicilərin arzu və təkliflərini vaxtında həyata keçirməyə nail olmuşdur.
Bələdiyyə seçkiləri ərəfəsində şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradovla görüşüb müsahibə alırıq:
- Keçən seçkilərdən bizi 5 ilə yaxın vaxt ayırır. Bu illər hədər getməyib. Dörudur müəyyən çətinliklərimiz də olub. Lakin ruhdan düşməmişik, axı bizə böyük seçicilər ordusu etimad göstərmiş qarşıya mühüm vəzifələr qoymuşdur. Yola saldığımız illər Respublikamizin siyası və sosial-iqtisadi həyatı üçün ələmətdar hadisələrlə zəngin olub. Dövlət tərəfindən həyata keçirilmiş məqsədyönlü-siyasitin nəticəsində ölkəmizdə böyük nailiyyətlər əldə edilib. Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyevin sədirliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclasındakı nitqində məhs bu barədə geniş söhbət açılmışdir.
Biz cənab Prezidentimizin dərin məzmunlu parlaq nitqini diqqətlə dinlədik. Bu nitq bizim də qarşımızda böyük vəzifələr qoyub. iqtisadiyyatımızın bütün sahələrində əldə edilmiş naliyyətləri daha da möhkəmləndirmək ölkəmizin eləcə də regionlarımızın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində daha çox uğurlar qazanmaq üçün şirvan Bələdiyyəsi kollektivi də təbii ki, səylə işləməli, ölkə iqtisadiyyatına öz töhvəsini verməlidir.
Qeyd edək ki, sədr Kürdoğlu Muradov uzun illər şirvan bölgəsində məsul vəzifələrdə çalışıb. şirvan şəhərinin quruculuq işlərində gərgin əmək sərf edib. əhalı arasında nüfuz qazanan ziyalılardandir. YAP-ın üzvü kimi şəhərin içtimi-siyasi həyatında fəal iştirak edib. Məhz buna görə də keçən seçkilərdə şirvanlılar onu yüksək səs çoxluğu və yekdilliklə şirvan Bələdiyyəsinin üzvü və sədri seçiblər o, göstərilən etimadı ləyaqətlə doğruldur. Bələdiyyə sədri olduqdan sonra şəhərdə bələdiyyənin fəaliyyəti daha qabarıq hiss olunmaqdadır. K.Muradovun əməyi həmişə yüksək qiymətləndirilib, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.
Sədr K.Muradov söhbətinə davam edərək qeyd etdi ki, Ölkəmizdə Bələdiyyələrin yaranması, Bələdiyyələrin statusu, formalaşması və hüquqi bazası məhz ümummili lider Heydər əliyevin fəaliyyəti dövründə 12 Noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilmişdir. 1999-cu ilin 12 Dekabr tarixində Azərbaycanda ilk dəfə Bələdiyyə seçkiləri keçirilmişdir. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarəetmə orqanı olan Bələdiyyələri elə təşkil etmək tələb olunmuşdur ki, insanlar öz fəaliyyətlərində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyi hiss etsinlər.
Sosial inkişafa dair bir-birinin ardınca qəbul edilən Dövlət Proqramları çərçivəsində şirvanda da böyük quruculuq işləri aparılmışdır. şəhər icra Hakimiyyətinin başçısı Mərdan Camalovun rəhbərliyi, təşkilatçılığı sayəsində son on dörd ildə şəhər öz simasını tamamilə dəyişib. Qarşıda daha böyük planlar var. Biz Bələdiyyə işçiləri də şəhər icra Hakimiyyəti ilə əlbir işləyərək şirvanın daha da gözəlləşməsi üçün əlimizdən gələni etməliyik.
Həmsöhbətimiz saha sonra vurğuladı ki, mən ötən 5 ilin rəqəmlərini sadalamaq istəmirəm. Təkçə bu ilin 9 ayına nəzər salsaq görərik ki, şirvan Bələdiyyəsi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində abadlıq, quruculuq işlərində fəal iştirak edib. Belə ki, şəhərin şəhidlər Xiyabanında arxa və ön hasar, künbəz, kürsü, su hovuzu və bardiyorlar köhnə rəngdən təmizlənərək yenidən boyanmış, qopmuş qranitlər yenilənmiş 2 şəhidin baş daşı yenisi ilə əvəz edilmişdir. şəhid atası əhmədov Sultan imanqulu oğlunun məzarının üstü götürülmüş baş və sinə daşı qoyulmuşdur. şəhidlər Xiyabanının çöl hasarında cari təmir işləri aparılmışdır. şəhərin M.ə.Rəsulzadə küçəsi 17, 17/1, 17/2 saylı, T.ismayılov küçəsi 2, 5, 11A, 15 saylı, 20 Yanvar küçəsində 9 saylı, L-nt ibrahimov küçəsində 14 saylı binaların qarşısındakı məhəllələrdən, F . Eynullayev küçəsində səki
kəranlarındakı bardiyorlar təmir edilmişdir. F.Eynullayev küçəsində dəmir yolu üzərindən keçən piayda keçidləri təmir olunaraq təmizlənib tənglənmişdir. Bunanla yanaşı X.Məmmədov və 1 May küçələrində təmir işləri aparılmış, lazımı yerlərə qum, çınqıl tökülüb yayılmışdır. Bu günə qədər Bələdiyyə xətti ilə müxtəlif məhəllələrdə üç xeyir şər evi tikilib istifadəyə verilmişdir. Hazırda isə S.Zeynalov küçəsində ki, 3 saylı binanın qarşısında daha bir xeyir şər yerinin tikintisi aparılır. Bələdiyyə tərəfindən ötən illərdə imkansız şəhid və Qarabağ, Çernobıl əlillərinə imkan daxilində maddi köməklik göstərilmiş, onlara tikinti materialları yardım edilmişdir.
Bələdiyyə sədri K.Muradov söhbətində daha sonra bildirdi ki, bu ilin ötən aylarında Bayramlı qəsəbəsində Bələdiyyə mülkiyyətinə məxsus torpaqların inventarizasiyası zamanı 5 sakinin Bələdiyyə torpaqından qeyri qanunu istifadə etdiyi müəyyənləşdirilmiş onlara xəbərdarlıq edilərək rəsmi bildirişlər təqdim olunmuş, 7 sakinin isə torpağın zəbt olunması ilə bağlı cəhdinin qarşısı alınaraq dəmir torla çəpərlənmiş ərazinin təmizlənib əvvəlki vəziyyətinə qaytarılması bərpa edilmişdir. şəhərim M.Mirzəyev küçəsində isə qanunsuz tikilmiş əsgərov əkbər əlimusa oğluna məxsus ev məhkəmənin qərarı ilə sökülmüşdür. Dadaşova Yəmən Maşallah qızına məxsus qeyri yaşayış obyektinin sökülməsi məhkəmə inistansiyasındadır.
Keçmiş əmlak Komitəsi yanında Dövlət Reyestr Xidmətinin ərazi idarəsinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadığları həyətlərdən Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki qanunsuz istifadə edən 18 şəhər sakini müəyyənləşdirilmiş onlarla qanunvericiliyin tələblərinə müvafiq marifləndirmə işləri aparılmış, 25 şəhər sakininə isə sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir.
Görülmüş tədbirlərin və aparılmış qanuna-müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışlar.
Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələri barədə aylıq rüblük və illik hesabatlar o cümlədəön Bələdiyyənin ehtiyyat fondu, perspektiv inkişaf fondu, ümumi istifadədə olan torpaq sahələri, kənd təssərüfatına az yararlı və yararsiz torpaqlar, özgəninkiləşdirilmiş və ya icarəyə verilmiş torpaq sahələri barədə məlumatları və torpağın növlərinə uyğun istifadə vəziyyətini özündə əks etdirən cədvəl forması
hazirlanaraq torpaqların elektron uçot sisteminə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdım olunmuşdur.
Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarında olan düzgün və təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyi, ekoloji şəraitinin yaxşılaşdırılması, onun zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi bu sahədə nöqsanların aradan qaldlırılması və təkrarlanmaması üçün tərəfimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında marifləndirmə işləri aparılır.
-Bəs rəhbərlik etdiyiniz bələdiyyənin fəaliyyətindən şəfaflığı təmin etmək üçün hansı imkanlardan istifadə olunur ?
-əvəlcə onu deyim ki, ölkə başçısı cənab ilaham əliyev dəfələrlə vurğulamışdır ki, xalqdan heç neyə gizlətmək olmaz, bütün sahələrdə şəffaflıq təmin olunmalıdır. Bu mənada şirvan Bələdiyyəsi fəaliyyətində aşkarlığı təmin etmək üçün bütün imkanlardan istifadə edir. Belə ki, mütəmadi olaraq kütləvi informasiya vastələrində, “Bələdiyyə info” saitində eyni zamanda yerlərdə keçirilmiş görüşlərdə bir ənənə olaraq “Yerli Demokratiya Həftələri”ndə Bələdiyyənin gördüyü işlər haqqında əhaliyyə geniş məlumatlar çatdirilir.
Bələdiyyə xətti ilə keçirilmiş görüşlərdə vətəndaşlara fikirlərini sərbəst söyləmək üçün müvafiq şəraitin yaradılmasına, onlarla qarşılıqlı dialoqun və səmimi söhbətin aparılmasına çalışırıq. irəli sürülmüş təkliflər diqqətlə öyrənilir, vətəndaşları ən çox narahat edən məsələlər müəyən olunur onların həlli üçün tədbirlər görülür. Bu tədbirlər Bələdiyyə-vətəndaş, münasibətlərinin inkişafına onların Bələdiyyə işində daha fəal iştirakına kömək edir. Nəticə ehtibarı ilə fəaliyyətimizin şəffaf düzgün və səmərəli qurulmasına yardımçı olur.
- Müsahibə üçün sağ olun.