"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi “Açıq qapı” günü keçirib

--2016-12-21 / 16:58

Qaradag rayon Lökbatan bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə sədri Namizəd ismayılov bu gün vətəndaşların qəbulunu keçirib.

Qəbulda 12 nəfər qəfər qəsəbə sakini iştirak edib. Bələdiyyədən asılı olan məsələlərin həlliylə bağlı sədr N.ismayılov müvafiq əmrlər verib. Digər məsələlərlə bağlı müvafiq instansiyalara müraciətlərin ediləcəyi bildirilib.

Verilən  məlumata görə, bələdiyyə iclasının qərarıyla mütəmadi olaraq bələdiyyədə “Açıq qapı” günləri təşkil edilir.

Belediyye.info

 

ŞƏRHLƏR