"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Loqosda “Layihələrin yazılması və idarə edilməsi” ilə bağlı növbəti təlim keçirilib

--2018-04-16 / 07:03

“Loqos” un Azadlıq filialında Loqos və “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyi tərəfindən “Layihələrin yazılması və idarə edilməsi” adlı növbəti təlimlər keçirilib. Təlimlər “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılıb.

Keçirilən təlimdə iştirakçılara layihələrin yazılması qaydaları haqqında geniş məlumat verilib. O cümlədən, iştirakçılar qruplara bölünərək onlara praktik tapşırıqlar verilib. 21 aprel tarixində təlimin ikinci hissəsində qrupların təqdimatı olacaq və təlimin ikinci hissəsi keçiriləcək. Təlimin sonunda iştirakçılar test edilərək, onlara sertifikatlar veriləcək.

Məlumat üçün bildirək ki, Loqosda başlanan bu təlimlər 2018-ci ilin sonuna qədər davam edəcək.

Belediyye.info

ŞƏRHLƏR