9 noyabr Dövlət Bayrağı Günü münasibətilə 05 noyabr 2015-ci iltarixdə M.ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam ortaməktəblərin 7-8-ci sinif şagirdlərinin iştirakıilə Dövlət Bayrağı Meydanına ekskursiya təşkil edib. Bu barədə məlumat bələdiyyədən daxil olub.
Ekskursiyada M.ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri şaiq Qəhrəmanov, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən beş tam orta məktəblərin 50-dən çox müəllim və şagird heyəti iştirak edib.
Ekskursiya çərçivəsində Dövlət Bayrağı meydanının əməkdaşları tərəfindən məktəblilərə Azərbaycan bayrağı, onun tarixi, eləcə də Dövlət Bayrağı Meydanının tikilməsi haqda müfəssəl məlumat verilib.
Qeyd edək ki, M.ə.Rəsulzadə Bələdiyyəsinin Dövlət Bayrağı Meydanına təşkil etdiyi ekskusiya məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.
Belediyye.info