sorğu
Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi yeni tədris ilinin başlanılması ilə əlaqədar rayonun aztəminatlı, qaçqın və şəhid ailələrdən olan məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə edib.
Bələdiyyənin yaydığı məlumata görə, təşkil olunan aksiyada çıxış edən bələdiyyə sədri Hümbət Hüseynov tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq onlara yeni tədris ilində uğurlar arzulayıb.
Tədbirin sonunda çıxış edən valideyinlər ölkəmizdə aztəminatlı, qaçqın şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək, göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
|
|
|
|
|
|
|