"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi sakinlərə müraciət edib – qəsəbənin təmizliyi ilə bağlı

--2015-10-30 / 20:39

M.ə.Rəsulzadə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə tərəfindən qəsəbədə təmizlik işlərinin həyata keçirilməsi davam etdirilir.

Məlumatda bildirilir ki, 8 mart və C.Cabbarlı küçələrində təmizlik işləri aparılib. Həmin ərazilər ünvansız atılmış tullantılardan, yerə tökülən yarpaqlardan təmizlənib.

Bələdiyyənin sakinlərə müraciətində bildirilir ki, “yerli özünidarəetmə orqanı olaraq biz, hər zaman vətəndaşlarımızın xidmətindəyik, sakinlərimizdən bir tək ricamız var. O da övladlarımız xatirinə, gələcəyimiz naminə evimizin kandarından kənarda da təmizliyə riayət edək.”

Belediyye.info

ŞƏRHLƏR