"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Hüseynov: “Düzəlişdən sonra bələdiyyələrin üzərinə düşən məsuliyyət hissi artacaq”

--2016-09-19 / 18:09

“Kostitusiyaya ediləcək dəyişikliklər hər bir vətəndaşın xeyrinədir, ölkəmizin çiçəklənməsinə və daha yüksək inkişafına xidmət edəcəkdir” –bu fikirləri  Belediyye.infoya Xəzər rayon Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov deyib.

Onun sözlərinə görə, ölkəmizin inkişafı naminə cənab  Prezident ilham əliyev çox böyük islahatlar həyata keçirir. Belə islahatlardan biri isə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə əlaqədar verilmiş sərəncamdır. Sərəncama əsasən 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi keçiriləcək. Səsvermə zamanı ölkə əhalisi Azərbaycanın əsas qanunu olan Konstitusiyasına bəzi əlavələr və dəyişikliklərə öz münasibətini bildirməlidir.

Dəyişikliklərdən bələdiyyələrə də pay düşüb.

inanıram ki, bu düzəlişdən sonra bələdiyyələrin üzərinə düşən məsuliyyət hissi artacaq, sakinlərin  qarşlaşdığı problemlərin həlli sürətlənəcəkdir.

əsası Ulu öndər Heydər əliyev tərəfindən qoyulan bələdiyyə sistemi  bu gün prezident ilham əliyev tərəfindən daha da inkişaf etdirilir.

istər şəffaflığın və nəğdsiz ödənişlərin təmin edilməsində, o cümlədən əmlak vergisinın hesablanmasında atılan addımlar bələdiyyə sistemində çalışanlar tərəfindən razılıqla qarşılanır.

Biz bu gün əminliklə inanırıq ki, bu düzəlişlər bələdiyyə sisteminin qarşılaşdığı problemlərin aradan qaldırılmasına təkan verəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR