Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirdikləri reyd nəticəsində son bir ay ərzində ardıcıl olaraq üç bələdiyyəyə cərimə kəsib: şamaxı rayonu şəhriyar bələdiyyəsinin sədri 4000 manat, Oğuz rayonu Sincan bələdiyyəsinin sədri 3000 manat, Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri 3000 manat həcmində cərimə olunublar.
Hər üç bələdiyyə sədri barəsində protokol tərtib edilib və inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində cərimə olunublar. Və tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Məsələ geniş rezonans verdiyindən Belediyye.info Azərbaycan Bələdiyyə Işçiləri Həmkarlar itifaqının hüquq müfəttişi Məhəmməd Kərimovun fikirlərini öyrənib:
-Azərbaycavn Respublikası Nazirlər Kabinetinin “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalar”ınin 6.1 bəndinə əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər.
Təsdiq edilən “Qaydalar”a uyğun olaraq məişət tullantılarını xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları daşımalıdır.
Bələdiyyələr o vaxt cərimələnə bilər ki, məişət tullantılarını daşımaq üçün müvafiq təşkilatlarla müqaviləsi olsun. Müqavilə də o bələdiyyə ilə bağlana bilər ki, onun xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsi olsun. Respublikada 5-6 bələdiyyədə belə maşınlar var. ən çox cərimələnən kənd bələdiyyələridir ki, onların da nə müqaviləsi var nə də ki, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsi.
Birincisi bələdiyyələri ona görə cərimələyirlər ki, bir çox bələdiyyə sədrlərinin məişət tullantılarının daşınması “Qaydaları”ndan xəbərləri yoxdur.
ikincisi bələdiyyələri sanki müdafiəsiz bir təşkilat hesab etdiklərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bələdiyyə sədrlərini cərimələyirlər.
Bu gün Nazirliyin əməkdaşlarının məişət tullantılarının daşınmasına cavabdeh olan yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumlarını cərimələməsi daha məntiqli görünərdi.
Belediyye.info