"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Kərimov: “Bəzən yeni seçilən sədrin birinci tapşırığı bütün işçilərdən öz razılıqları ilə işdən çıxmaları haqqında ərizələrin alınması olur”

--2020-01-23 / 12:53

Xətai bələdiyyəsində işdən azad edilmələrini iddia edən bir qrup bələdiyyə qulluqçusunun qaldırdığı məsələyə Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov Belediyye.infoya açıqlmasında bildirb ki, (http://belediyye.info/new/details/yeni-belediyye-sedrinin-adindan-hede-qorxu-geldiler-ki,-erize-yaz-ciddi--5707.htm?fbclid=IwAR3aUFbVC7umH4ruEYnoC9hl0WhTuKx0mEXriacAmKiNv93ouqpD8BhUbC8) “belə hallar demək olar ki, hər 5 idən bir bir çox bələdiyyələrdə təkrar olunur. Keçirilən seçkilərdən sonra bəzi hallarda yeni seçilən sədrin birinci tapşırığı bütün işçilərdən öz razılıqları ilə işdən çıxmaları haqqında   ərizələrin alınması olur. Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı olaraq tərəfimizdən qabaqlayıcı tədbirlər görülmüşdür. Yeni seçilən sədrləri Azərbaycan Respublikasının əmək Məcəlləsinin 63-cü maddəsinin tələbləri ilə məlumatlandırmaq üçün üzv təşkilatların bizə məlum olan poçt ünvanlarına məktublar göndərilmişdir.

ərizə yazaq yoxsa imtina edək? Bələdiyyə qulluqçularından belə suallar son günlər Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsinə çox daxil olur. Həmkarlar ittifaqı üzvləri ilə aparılan marifləndirmə işlərinin nəticəsi olaraq qeyd edə bilərik ki, bir neçə bələdiyyədə belə halların qarşısı alınmışdır.

Xətai bələdiyyəsi Bakı şəhər bələdiyyələri arasında həmişə nümunəvi bələdiyyə olmuşdur. Heç bir səbəb olmadan işçilərdən işdən azad olunma ilə bağlı ərizələrin alınması anlaşılan deyil. Bundan başqa bələdiyyə qulluqçuları pozulmuş hüquqlarının müdafiəsi üçün ilk növbədə Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsinə müraciət etməmələri təəssüf doğurur.

Respublika bələdiyyələrində çalışan bələdiyyə qulluqçularının pozulmuş əmək hüquqlarının müdafiəsi üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq.

Belə qanun pozuntularına yol verən bələdiyyə sədrlərinin nəzərinə çatdırırıq ki, müəssənin mülkiyətçisi (bələdiyyə sədri) dəyişdikdə bütün işçilərlə deyil, yalnız müəssənin işəgötürəni, onun müavinləri, baş mühasib və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrinin rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə xitam verə və ya Azərbaycan Respublikasının əmək Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.”

Belediyye.info

ŞƏRHLƏR