"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Novruzov: “Qala bələdiyyəsini narahat edən əsas problem qəsəbədə sənədsiz evlərin say çoxluğudur.”

--2023-01-31 / 05:17

“Bələdiyyənin vergi bazası genişdir”-bu fikirləri Belediyye.infoya Xəzər rayonu Qala bələdiyyəsinin sədri Mahir Novruzov açıqlayıb. Sədrin sözlərinə görə, hazırda inzibati ərazidə 2753 ev təsərrüfatı və 58 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən 2805 vergi ödəyicidən hesabat dövründə 481 ödəyici vergiyə cəlb olunmuşdur ki, bunlardan 33   nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçü, 29 nəfəri isə əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan vergi ödəyiciləridir.

Sədr daha sonra bildirib ki, bələdiyyənin kollektivi bütün qüvvələrini vergilərin toplanılmasına yönəldib. Bununla bağlı demək olar ki, hər gün vətəndaşlarla görüşlər keçirilmiş, maarifləndirici söhəblər aparılmşdır. Bunun nəticəsidir ki, 2022-ci il ərzində yerli büdcəyə 71.471 manat gəlir daxil olmuşdur. Büdcə gəlirlərinin əsas mənbəyi olan torpaq vergisindən – 24.739 manat, əmlak vergisindən -41.732 manat, dotasiyadan – 5000 manat daxil olmuşdur.

M.Novruzov bildirib ki, Qala bələdiyyəsinin qaşrısında duran əsas problem qəsəbədə sənədsiz evlərin say çoxluğudur. Bu problem tezliklə öz həllini tapmış olsa büdcə gəlirimiz də 35-40 faizədək arta bilər.

Xatırladaq ki, 2021-ci il ərzində bələdiyyə büdcəsinə 64.750 manat gəlir daxil olmuşdu. 

Belediyye.info

ŞƏRHLƏR