"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Maştağa bələdiyyəsinin sədri: “il ərzində 4.237 nəfər qəbul edilmişdir”

--2023-02-27 / 04:34

“Bu görülən məsuliyyətli işin və vətəndaşlara xidmətin nəticəsidir ki, 2022-ci il hesabat dövründə icra orqanlarından, idarə və təşkilatlardan yekun cəmi - 235 ədəd, fərdi və kollektiv şəkildə vətəndaşlardan cəmi – 1.570 ədəd yazılı müraciət daxil olmuş, eyni zamanda, bələdiyyə sədri və müavinlər tərəfindən ümumi cəmi – 4.237 nəfər vətəndaş qəbul edilərək, dinlənilmiş, yazılı və şifahi müraciət cavablandırılmışdır.”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov bildirib.

Sədr bildirib ki, 2022-ci il ərzində Maştağa bələdiyyəsi idarə və vətəndaş müraciətlərinə əsasən 16 iclas keçirmiş, gündəliyə çıxarılan ,əsasən, 40 mühüm məsələyə, o cümlədən, bunlardan 12-si Bələdiyyələrlə iş Mərkəzindən daxil olmuş tövsiyələrə, 28-i isə aylıq görüləcək cari məsələlər üzrə (burada onlarla fərdi və kollektiv şəkildə vətəndaşlardan daxil olan sakinlərin Sosial Müdafiəsinin təşkili üzrə yerli əhəmiyyətli və digərləri yerli problemlərin həlli ilə bağlı) günün aktual rəsmi məktub və müraciətlərə baxılmışdır.

Belediyye.info

 

 

ŞƏRHLƏR