"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məclisin iclası keçirilib: fərqlənənlər “Fəxri Fərmanla” təltif edilibləririlib: fərqlənənlər “Fəxri Fərmanla” təltif ediliblər

--2022-11-25 / 13:07

25 noyabr 2022-ci ildə Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsinin VI Məclisinin iclası keçirilib. Bu barədə məlumat adıçəkilən komitədən daxil olub.

 Məlumatda bildirilir ki, məclisin işində   Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının IV Qurultayından (2017) keçən dövr ərzində görülmüş işlər və həmkarlar ittifaqı təşkilatının üzərinə düşən vəzifələr mövzusunda komitənin sədri   Məhərrəm Xəlilov məruzə ilə çıxış edib. Məruzə ətrafında şəki rayon komitəsinin sədri S. əliyeva, M.ə. Rəsulzadə bələdiyyəsinin sədr müavini A. Nağıyev, Cəlilabad rayonu Alar bələdiyyəsinin sədr B. Mustafayev çıxış ediblər.

iclasın yekununda həmkarlar təşkilatının işində səmərəli fəaliyyətlərinə görə həmkarlar təşkilatının fəal üzvlərindən olan Badamdar bələdiyyəsindən iradə Kərimova, M.ə.Rəsulzadə bələdiyyəsindən Validə  Xıdırova, Səbail bələdiyyəsində Günel ələkbərli, əhmədli bələdiyyəsindən Allahverdi Həsənli, Nəsimi bələdiyyəsindən Arzu Məmmədov “Fəxri Fərman”la təltif ediliblər.

Məclsinin işində Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan şahverdiyev iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR