"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mehdi Səlimzadə: “Bələdiyyələrdə olan çətinlikləri, nöqsanları açmalıyıq”

--2015-08-20 / 18:12

 “Hazırda mövcud problem bələdiyyələrin mülkiyyətinin idarə olunması ilə əlaqədar institusional tədbirin formalaşması məsələsi idi ki, artıq bu gün mülkiyyətin idarə olunması ilə bağlı yaranan problemin həlli yetişmək üzrədir. əmlak Məsələləri Dövlət Komitəsi bununla əlaqədar müvafiq tədbirləri həyata keçirir.

Strukturlar formalaşmaq ərəfəsindədir. Bundan sonra bu problem aradan qaldırılacaq”. APA-nın xəbərinə görə, bunu ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib.

M. Səlimzadə bildirib ki, bələdiyyələrin vergi yığması ilə bağlı yaranmış problem də yaxınlarda öz həllini tapacaq. M. Səlimzadənin sözlərinə görə, bələdiyyələrin iqtisadi məsələləri ilə bağlı hüquqi-təşkilati məsələlərin həlli istiqamətində müsbət nəticələr qeydə alınıb: “Bələdiyyələrin maliyyə mənbələrinin istifadəsi sahəsində, bələdiyyələrin insanlarla münasibətlərinin tənzimlənməsində müsbət nəticələr var. Bu gün Azərbaycan bələdiyyəsinin keçdiyi 15 il ərzində yerli özünüidarə sahəsində xeyli təcrübə qazanılıb. Təcrübə var, sadəcə olaraq, inkişaf prosesini davam etdirmək üçün hüquqi çərçivədən səmərəli istifadə etmək lazımdır. Təbii ki, bu gün maliyyə mənbələrində istifadədən keçid dövrünü yaşayırıq. Bu keçid dövründə çətinliklər var”.

 M. Səlimzadə qeyd edib ki, yeni bələdiyyə sədrləri bələdiyyə işinin təşkilində kollegial prinsipə üstünlük verməlidirlər: “Bu gün bələdiyyələrdə olan çətinlikləri, nöqsanları açmalıyıq. Bu problemləri arxada qoymaq üçün Regional Komitə, Bələdiyyələrlə iş mərkəzi və assosiasiyaların birgə əməkdaşlığına ehtiyac var. Etik davranış qaydaları ilə bağlı müvafiq komissiyaların yaradılması həyata keçirilməlidir. Problem varsa, hüquqi cəhətdən kömək etməyə hazırıq. Qarşıdan 15 illik gəlir ki, bununla da bağlı mötəbər tədbir təşkil ediləcək”

http://az.apa.az/news/390070

ŞƏRHLƏR