ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı fikirlərini “Bələdiyyə Həyatı” qəzetiylə bölüşüb.
- Ölkəmizdə tarixi hadisələr davam etməkdədir. Bu gün Azərbaycan dünyamiqyaslı bir tədbirə, ilk Avropa oyunlarına, ev sahibliyi etdi. insanların yaddaşında dərin izlər buraxan bu tədbir hələ uzun müddət media səhifələrində işıqlandırılacaq. Təbii ki bu tədbirin belə uğurla keçməsində möhtərəm prezident ilham əliyevin və Avropa Oyunlarının təşkilat komitəsinin rəhbəri, birinci xanım Mehriban əliyevanın tarixi fəaliyyətləri nəticəsində başa gəldi.
Etiraf etməliyik ki, oyunların dünya çapında yayılmasında Azərbaycan milli mətbutının üzərinə böyük yük düşmüşdü. Bu gün fəxrlə deyə bilərik ki, yüz qırx yaşlı mətbuatımızın təmsilçiləri ağır və ciddi bir imtahandan üzü ağ çıxdılar və mötəbər tədbiri yüksək səviyyədə işıqlandırdılar.
XIX əsrin ikinci yarısında Çar Rusiyasının tərkibində olan və daim gərginliklə üzləşən Azərbaycanda milli-azadlıq ideyaları baş qaldırdı. Məhz çətin sınaqlardan keçən xalqımız mətbuatın apardığı ideoloji işin nəticəsində şərqdə ilk demokratik respublika qurmağa müvəffəq oldu. Sözün həqiqi mənasında hər bir media təmsilçisi fəxrlə deyə bilər ki, insanlarımızda mili azadlıq şüurunun, milli dövlətçilik prinsiplərinin formalaşmasında medianın əhəmiyyətli rolu olmuşdu.
Ötən dövrdə qazanılan hər nailiyyətdə sözsüz ki, adları qızl hərflərlə media tarixinə yazılmış tanınmış mətbuat işçilərinin də böyük zəhməti olmuşdu.
Müstəqilliyimizin ilk illərində gərgin illərlə müşaiyət edilsə də ümummilli liderimiz Heydər əliyevin hakimiyyətə gəlişi xalqımızın qarşılaşdığı çətinlikləri arxada qoydu. Silsilə tədbirlərin keçirilməsi, mətbuat nümayəndələri ilə görüşlərin təşkili, senzuranın ləğvi ən yaddaqalan addımlardan hesab olunur.
Bu gün prezident ilham əliyev Ulu Öndərin qoyduğu strateji yolu davam etdirərək ciddi addımlar atıb. Mətbuat şurasının inkişaf etdirilməsi və fəaliyyətinə lazımi şəraitin yaradılması, KiV-ə Dəstək Fondunun yaradlması, hər il mətbuatın bütün zümrələrindən olan müdia orqanlarına maliyyə yardımının göstərilməsi, yubiley ərəfəsində mətbuat nümayəndələrinə fəxri adların verilməsi artıq ənənə halına çevrilmişdir.
Bu gün Mətbuat şurasının məhz Ulu Öndərin tövsiyyələrinə uyğun olaraq fəaliyyət göstərməsi də diqqəti çəkir.
Bələdiyyə-media münasibətlərinin tənzimlənməsində Mətbuat şurasının xüsusi rolu vardır. Reket mətbuatının qarşısının alınmasında, “Qara siyahı” nın tərtib edilməsinın yüksək dəyərləndirilməldir.
Söhbətin sonunda Mehdi Səlimzadə “Bələdiyyə həyatı” qəzetinin azsaylı kollektivinin simasında bütün mətbuat təmsilçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
"Bələdiyyə həyatı" qəzeti