"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhərrəm Xəlilov: “Qərəzli məlumatları yayanda heç olmasa vicdanlarının səsinə də qulaq assınlar”

--2020-09-15 / 18:14

Son günlər sosial mediada Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevlə bağlı həqiqətə uyğun olmayan, heç bir dəqiq fakta söykənməyən, böhtan xarakterli məlumatlar yayılır.

Məsələyə münasibət bildirən Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov Belediyye.infoya açıqlama verən bildirib ki, Respublika Komitəsi olaraq Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının sədri barəsində ucuz sensasiya xatirinə yayılan, mənbəyi şübhə doğuran belə informasiyalar həqiqəti əks etdirmir, böhtan xarakterlidir və qərəzli məlumatların heç bir əsası yoxdur. Bu məlumatın yayılmasında maraqlı olanlara ilk öncə tövsiyə edərdik ki, heç olmasa minlərlə üzvü olan bu təşkilatın internet resursuna, sosial media hesabına daxil olub fəaliyyətiylə tanış olsunlar və görsünlər ki, bu təşkilat hansı layihələri icra edib, Hər halda hörmətli Səttar Möhbalıyevin gördüyü işlər göz önündədir. Buyursunlar, baxsınlar və mənasız fikirlərlə cəmiyyətdə çaşqınlıq yaratmasınlar.

Hər halda çox minli üzvü olan təşkilatımız adından bildiririk ki, biz respublika komitəsi olaraq belə təxribat xarakterli yazlıları pisləyir və belə hallara son qoymagı tələb edirik.

Onu da əlavə edim ki, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası tərəfindən 30 ildir 20 yanvar şəhid ailələrinə hər il maddi yardım verilir, 100 çox imkansız tələbənin təhsil haqqı ödənilir. Son 6 ayda koronavirus pandemiyası dövründə üzv təşkilatların göstərdiyi yardımdan əlavə bütün rayonlara Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası tərəfindən 65 yük maşınından ibarət 4000 imkansız ailəyə ərzaq yardımı göndərilmişdir. Konfederasiya tərəfindən görülən müsbət işlər çoxdur. Bu işlərin içində olmayıb kənardan ağzıgöyçəklərdən nə isə eşidib onu həqiqət kimi qələmə vermək ən azı haqsızlıqdır.

Belediyye.info

ŞƏRHLƏR