"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi “Aprel şəhidi”nə həsr olunan rəsm müsabiqəsi keçirib

--2017-02-28 / 14:04

Belediyye.infoya Xəzər rayonu Mərdəkan bələdiyyəsindən daxil olan məlumata görə, ötən ilin Aprel döyüşlərində şəhid olmuş Mərdəkan qəsəbə sakini, H.Z.Tağıyev adına 123 nömrəli məktəbin məzunu, “N” saylı hərbi hissənin əsgəri şirəliyev Kamran Faiq oğlunun “Ad günü” münasibətilə tədbir keçirilib.  Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Könül Cəlilova qeyd etdi ki, şəhidlik  - Vətəni, torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. şəhidlər həmişə, zaman-zaman xalqın xatirəsində yaşayırlar. Xalqımızın müstəqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlı olub.

şəhidlərdən biri də ötən ilin Aprel döyüşlərində şəhid olan məktəbimizin məzunu şirəliyev Kamran Faiq oğludur. Onun həyatı, igidliyi və vətənpərvərliyi məktəblilərin diqqətinə çatdırıldı. Bildirildi ki, onun xatirəsi heç vaxt unudulmayacaq.

Xəzər rayon Gənclər və idman idarəsinin rəisi Vüqar əliyev tədbir iştirakçılarının nəzərinə çatdırdı  ki, elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə həmin tarixi gün çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Məktəbin məzunu olmuş Kamran şirəliyev də belə vətənpərvər, Vətənini sevən gənc olub.

Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova çıxışında  diqqətə çatdırıb ki, şəhidimizin “Ad günü” ilə bağlı məktəbin şagirdləri arasında “şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda bələdiyyə tərəfindən rəsm müsabiqəsi keçirilib. Artıq qaliblərdə seçilib.

Tədbirin sonunda 1-ci, 2-ci, 3-cü yeri tutan müsabiqə qalibləri diplomlar və  pul mükafatı təqdim edilib.

Belediyye.info

ŞƏRHLƏR