"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi “Yerli Demokrtaiya həftəsi”ndə”

--2016-11-10 / 11:44

Xəzər rayonu Mərdəkan bələdiyyəsində 2016-cı ilin oktyabrın 31-dən noyabrın 6-dək “Azərbaycanda Yerli Demokratiya Həftə”si keçirilib. Bələdiyyədən daxil olan məlumatda bildirilir ki,  həftə ilə əlaqədar Mərdəkan bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Məsələ ilə bağlı açıqlama verən  Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov Belediyye.infoya açıqlamasında bildirb ki, tədbirlərdə məqsəd bələdiyyə ilə əhalinin təmaslarını bir qədər də möhkəmləndirmək, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində işləri daha da sürətləndirmək, yerlərdəki problemlərin həllində insanların birgə fəaliyyətini təmin etməkdir. Həftə ilə əlaqədar bələdiyyənin Daimi Komissiyaları görüşlərin qrafikini tərtib etmişdir. Bələdiyyə üzvləri qrafik üzrə bələdiyyənin akt zalında dəyirmi masa və qəsəbənin müxtəlif yerlərində görüşlər keçirmişlər. ilk görüş iştirakçıları qəsəbə gənclərindən və fəallarından ibarət olmuşdur.

Bələdiyyə sədri həftə ərzində bələdiyyə aşağıdakı tədbirləri həyata keçirildiyini bildirib:

-         Bələdiyyə əhalisi üçün “Açıq qapı” günləri təşkil olunub;

-         Vətəndaşların bələdiyyə ilə sıx əlaqələri qurulmuş, “Qaynar telefon xətti” (012 454-59-83) təşkil edilmiş, həmin xətt vasitəsilə vətəndaşlar tərəfindən irəli sürülmüş təkliflər qeydə alınmışdır. Qəsəbədə vətəndaşların bələdiyyə ilə operativ əlaqələrinin təmin edilməsi məqsədilə, bələdiyyənin inzibati binasında və qəsəbədə “Bələdiyyə poçtu” qutuları quraşdırılmış, şəffaflığın təmin edilməsi məqsədilə bələdiyyə haqqında məlumatı əks etdirən

bələdiyyə binasının qarşısında müvafiq lövhə vurulmuşdur.

Qəsəbə ərazisində aşağıdakı şüarlardan istifadə edilmişdir:

-“Azərbaycanda Yerli Demokratiya Həftəsi”ndə fəal iştirak edək!

- “Vətəndaşların Yerli özünüidarəetmədə iştirakını təmin edək”!

Tədbirlərdə  2016-cı ilin 9 ayı ərzində  görülmüş işlər barədə əhaliyə hesabat verilmiş və görüləcək işlər, həyata keçirilməsi planlaşdırılan layihələr müzakirə olunmuşdur. Görüşlər zamanı sakinlər həyata keçirilməsi nəzərdə tutulan işlər barədə öz təklif və tövsiyələrini vermiş, iradlarını bildirmişlər. Bütün bunların qeydiyyatı aparılmış vətəndaşların arzu, təklif və tövsiyələrinin yerinə yetirilməsi bələdiyyə tərəfindən icra üçün qəbul edilmişdir.

Sədr daha sonra bildirb ki, həftə çərçivəsində qəsəbənin 181 və 123 nömrəli tam orta məktəblərində görüşlər keçirilmişdir. Müəllim və şagirdlərə Mərdəkan bələdiyyəsinin fəaliyyəti haqqında məlumatlar verilmiş, onlar tərəfindən daxil olan suallar cavablandırılmış və bələdiyyə tərəfindən hazırlanmış maarifləndirici xarakter daşıyan bukletlər müəllim və şagirdlərə paylanmışdır. əsas məqsəd “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyətini görüş iştirakçılarına çatdırmaq və bələdiyyənin fəaliyyətinin canlandırılması ilə bağlı təklif və arzuların öyrənilib sistemləşdirilməsinin, fəaliyyət üçün əsas kimi qəbul olunmasıdır.

Sonda M.Hüseynov “Yerli Demokratiya Həftəsi” bələdiyyəyə vətəndaşların əlaqələrinin daha da dərinləşməsində və yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayacağına inandığını bildirib.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR