22 noyabr ədliyyə işçilərinin peşə bayramı münasibətiylə Xəzər rayon bələdiyyə təmsilçilərinin iştirakıyla görüş keçirilib.
Görüşdə çıxış edən natiqlər ədliyyə işçilərinin tarixi keçmişinə toxunaraq şanlı bir əsrlik yol keçdikləri vurğulanıb.
Görüşdə Ulu öndər Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd edilmişdir.
Gorüşdə həmçinin əsas fəaliyyət istiqmətlərindən biri kimi bələdiyələrə inzibati nəzarəti həyata keçirən orqan olaraq səmərəli fəaliyyət göstərməsi də vurğulanmışdır.
işgüzar şəraitdə keçən görüşdə bələdiyyə təmsilçiləri maraq doğuran digər məqamlara da toxunublar.
Belediyye.info