"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan da “istedad sorağında- 2018 – festivalı” başa çatdı

--2018-02-19 / 08:27

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Xüsusi internat məktəbində Xəzər rayon Gənclər və idman idarəsi Mərdəkan bələdiyyəsi ilə birlikdə istedadlı yeniyetmə və uşaqların üzə çıxarılması, böyüməkdə olan nəslin estetik tərbiyəsinin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə, internat məktəbliləri arasında “istedadlar sorağında – 2018” devizi altında festival keçirilib. Bu barədə məlumatı Xəzər rayonu Mərdəkan bələdiyyəsi yayıb. Yekun tədbirdə müxtəlif nominasiyalar üzrə məktəblilər mükafatlandırılıblar. 

1-ci yerə valideyn himayəsindən nəhrum uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbin nəfəsli alətlər orkestri tutub. Rəqs nominasiya üzrə 1-ci yerə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Xüsusi internat məktəbi layiq görülüb.

 Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub.

Belediyye.info

 

 

ŞƏRHLƏR