"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan qəsəbəsi ərazisində “Yaşıllaşdırma marafonu” davam etməkdədir

--2016-12-06 / 06:30

Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyevin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində, Xəzər rayonunda da, bu proqramın yerinə yetirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Bu barədə Belediyye.infoya məlumat  Xəzər rayon Mərdəkan bələdiyyəsindən daxil olub. Məlumatda bildirlir ki, ümumrespublika “Yaşıl Marafon”u layihəsi çərçivəsində yaşıllaşdırma kampaniyası ilə əlaqədar, Xəzər rayonunda il ərzində 75 minə yaxın cavan ağacların əkilməsi uğurla həyata keçirilir. O cümlədən, Mərdəkan qəsəbəsində də, bu işlər davam etdirilir.Qəsəbənin daha da gözəlləşməsinə xidmət edən ağacəkmə kampaniyası zamanı ilin sonuna kimi 7 minə yaxın ağac əkilməsi nəzərdə tutulub.Artıq əkilmiş şam və sərv ağaclarının sayı 5 min 200-ə çatmışdır. Hər həftənin şənbə günləri rayon ərazisində, o cümlədən Mərdəkan qəsəbəsində də iməcliklər keçirilir, yaşıllıq zolaqlarının salınması davam edir.

Ümumrayon iməcliyi keçirildi və yeni yolda Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Mərdəkan hissəsində ağacəkmə kampaniyası çərçivəsində bələdiyyə tərəfindən 1500 yaxın şam və sərv ağacları əkildi.

Tədbirdə Xəzər rayon icra Hakimiyyəti Başçısı cənab Gülağa islamov,millət vəkili Rauf əliyev,Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq əhmədov, rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov da iştirak etdilər.

ətraf mühitin təhlükəsizliyində və insanların sağlamlığının qorunmasında yaşıllaşdırma mühüm rol oynadığından, bundan sonra da keçirilən aksiyalar davamlı xarakterli olacaqdır.

Belediyye.info

ŞƏRHLƏR