"Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şərait yaradırıq.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, bələdiyyə seçkilərində adətən seçilməyən namizədlər narazılıq edirlər: “istənilən halda kimsə seçkilərdən narazılığını bildirir. Seçilməyən namizəd mütləq şəkildə narazılıq bildirəcək. Bu təbii haldır, ancaq sivil ölkələrdə seçilməyən tərəf seçilən tərəfi təbrik edir. Hesab edirəm ki, belə də olmalıdır.
Lakin biz MSK olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq, namizədlərin qeydə alınması üçün sənədlərin hazırlanmasında müvafiq tövsiyələr veririk. Çalışırıq ki, müraciət edən namizədləri qeydə alaq. əgər sənədlərində hər hansı bir çatışmazlıq olursa, dairə seçki komissiyaları tərəfindən onlara müvafiq tövsiyələr verilir”.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.