“Ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işləri Göygöl rayonunda da geniş vüsət alıb. Dördüncü fəaliyyət dövrünün birinci yarım ilində Göygöl bələdiyyəsi mövcud şəraiti, bələdiyyənin statusunda aparılan çoxlu sayda qanun qərar və sərəncamlardan irəli gələn məsələləri düzgün qiymətləndirərək ərazidə yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılması, dövlət tərəfindən nəzərdə tutulmuş layihələrdən kənar işlərin görülməsi üçün öz imkanlarından səmərəli istifadə edir, şəhərdə aparılan abadlıq və quruculuq işlərinin hər birində bələdiyyəmizində dəstəyi var”- bu fikri Belediyye.info saytına Göygöl bələdiyyəsinin sədri Mikayıl Hacıyev bildirib.
Vergi toplanmasında aparılan dəyişikliklər, xüsusəndə əmlak vergisinin təyin edilməsiylə bağlı məqamlar üzərində daim çalışırıq. Sədrin sözlərinə görə, aparılan tədbirlərin nəticəsidir ki, altı ay ərzində büdcəyə daxilolmalar 45032 manata bərabər olub. Daxil olmalar əsasən əmlak, torpaq, mədən vergisindən, torpaq icarəsindən, xeyir-şər evinin, şəhər daxili nəqliyyat xidmətindən, bələdiyyə ərazisində olan reklamlardan, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına əldə olunur.
Sədrin fikrincə əldə olunan vəsait proqnozlaşdırılan məbləğin hamısı deyil, belə ki, əmlak vergisinin düzgün təyinatından, verginin ödəniləcək məbləğin tam dürüstləşdirilməsində olan qüsurlar mülk sahiblərinin yer dəyişmələri və sairələrlə bağlıdır.
Bələdiyyə qulluqçularının əmək haqqının vaxtında ödənilməsi, sosial müdafiə fonduna eləcə də digər ödəmələri vaxtında apara bilirik, daxil olan vəsaitin 33,2 %-i əmək haqqına, 7,3%- DSMF, 41,6 %-i abadlıq işlərinə, qalan məsələlər isə bələdiyyənin saxlanılmasına sərf edilib.
“Bələdiyyəmiz Göygöl RiH-in təşkilatçılığı ilə həyata keçirilən müxtəlif layihələrdə fəal iştirak edir. Belə ki, 2014-cü ilin Demokratiya həftəsi çərçivəsində R.Nəsibov məhəlləsində görüş keçirilərək sakinlər qəsəbədə idmanla məşğul olmaq üçün şərait yaradılması məqsədiylə bələdiyyənin 26.06.2015-ci il atrixdə 03 saylı qərarıyla 0.20 ha torpaq sahəsi ayrılaraq sadə idman meydançasının tikintisinə start verilib.”
M.Hacıyev maraqlı məqama da aydınlıq gətirdi: “Göygöl şəhərində su kanalizasiya işləri aparılarkən şəhərin bütün küçələrində qazıntı işləri aparılmış küçənin üst bərk qatı dağıdılmışdır. Küçələrin bir hissəsi asfaltlaşdırılmışdır. şəhərin 97 küçəsindən 46 küçəyə asvalt örtük salınmış bu dövlət büdcəsi hesabına aparılmışdır. Lakin 51 küçədə nəqliyyatın və piyadaların hərəkətini təmin etmək üçün küçələr bələdiyyə vəsaiti hesabına xır, çınqıl qatı ilə örtülür. Nizami, Nərimanov küçələrində sel sularının axıdılması üçün yeni kanal çəkilib bir hissəsi betonlaşdırılıb.”
Xatırladaq ki, 2014-cü ilin bələdiyyə seçkilərində Göygöl bələdiyyəsinin 13 bələdiyyə üzvündən 9 nəfəri təkrar seçilib. 13 nəfər bələdiyyə üzvündən 5 nəfəri ali təhsilli qadındır. Üç nəfər bələdiyyə üzvü bələdiyyədə daimi işlə təmin edilib və əmək haqqını bələdiyyə büdcəsindən alır.
Bələdiyyə üzvlərindən bir nəfəri sahibkarlıqla məşğul olur, 9 nəfəri isə dövlət müəssisələrində çalışırlar.
Bələdiyyə üzvləri üçün normal şərait yaradılaraq vətəndaşların qəbul etmələri üçün günlər müəyyən edilib. Hazırda Göygöl bələdiyyəsində 5 daimi komissiya, 17 məhəllə komitəsi fəaliyyət göstərir.
Sədrin sözlərinə görə, daimi komissiyaların ayda bir dəfə yığıncağı keçirilir təklif və tövsiyyələri protokollaşdırılır. Hesabat dövründə 266 ərizə daxil olmuş 317 nəfər sakin qəbul edilib.
Vətəndaşlar tərəfindən daxil olan ərizələrə baxılaraq nəticəsi barədə ərizə sahibinə cavab göndərilir. Daxil olan ərizə və şikayətlərdə sakinlərimizin yol, su problemlərinin həlli, müxtəlif kategoriyalardan olan insanlara yardım edilməsi, sahibkarlıq fəaliyyəti, fərdi yaşayış evi üçün torpaq sahəsinin ayrılması və sair məsələlər üstünlük təşkil edir. 6 ay ərzində bələdiyyənin 6 iclası keçirilmiş 42 məsələ müzakirə edilib.
“Bir sözlə görüləsi işlərimiz çoxdur. iş prosesində bəzən yeni problemlər yaranır. Bu gün məqsədimiz fəaliyyətimizi günün tələbi səviyyəsində qurmağa çalışmaqdır.”
Belediyye.info