sorğu
Mingəçevir Bələdiyyəsi daha bir “Abad məhəllə” layihəsinin icrasını başa çatdırıb. Bu barədə məluamtı bələdiyyənin mətbuat xidməti yayıb.
Bələdiyyə iclasının qərarına uyğun olaraq şəhərin N.Rəfibəyli küçəsi, ev 5 və M.Füzuli küçəsi, 5/2 ünvanlarında yerləşən məhəllə abadlaşdırılaraq, sakinlərin istifadəsinə verilib.
Məhəllədə bir ədəd söhbətgah, bir ədəd taxt, 3 ədəd oturacaq, 2 iki ədəd stol, 3 ədəd idman qurğusu quraşdırıldı, ərazi təmizlənərək genişləndirildi, səliqəyə salındı.
Bu işlərin görülməsinə bələdiyyə büdcəsindən 1671 manat vəsait sərf olunub.
“Abad məhəllə” layihəsinin başqa ünvanlarda da icrası nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|
|