Mingəçevir bələdiyyəsi “Aran” məhəllə komitəsinin müraciətini nəzərə alaraq, 20 Yanvar küçəsindəki 18, 20 və 22â„–li binaların qarşısındakı boş ərazidə “Abad məhəllə” layihəsini həyata keçirdi. Yararsız halda olan həmin ərazi yaşıllaşdırıldı, səliqə-salman salınaraq abadlaşdırıldı. Məhəllədə məktəb yaşlı uşaqlar üçün futbol və basketbol meydançası tikildi. Kiçik yaşlı uşaqların əylənməsi məqsədi ilə ortada əyləncə meydançası yaradıldı. Meydançada sürüşkən, müxtəlif quruluşlu iki ədəd yellənçək, idman qurğuları quraşdırıldı. Sakinlərin asudə vaxtlarında dincəlmələri üçün bir ədəd kölgəlik, üç yerdə söhbətgah və meydançalar boyu oturacaqlar yerləşdirildi. Meydançaların ətrafına və gəzinti yerlərinə - 242m2 sahəyə tamet pilətələr döşənildi. Yaradılmış “Abad məhəllə” - mini-park sakinlərin ixtiyarına verildi.
Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində Mingəçevir şəhər icra Hakimiyyəti başçısı ilham ismayılov və digər rəsmi şəxslər “Abad məhəllə”yə baxış keçirdilər. ilham ismayılov sakinləri təbrik etdi və bildirdi ki, dövlət başçısının tapşırığına əsasən bütün məhəllələr abadlaşdırılacaq, hər yerdə abadlıq-quruculuq işləri aparılacaq. Hazırda şəhərimizin müxtəlif güşələrində bu işlər görülür.
Başçı “Abad məhəllə”ni müasir tələbləri uyğun tikdiyinə görə Mingəçevir Bələdiyyəsinə təşəkkürünü bildirdi.
Mingəçevir bələdiyyəsinin mətbuat xidməti
|
|
|
|