"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi: “Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 177 ərizə daxil olub”

--2023-01-26 / 05:26

Hesabat dövründə bələdiyyəyə 862 ədəd ərizə və məktub daxil olub. Bu barədə məlumat Mingəçevir bələdiyyəsindən daxil olub.

Məlumatda bildirilir ki, bunlardan 81-i maddi yardımla, 188-i sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 148-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 6-sı tikinti və təmir işləri, 439-u arayış və məlumatlar almaqla bağlı müraciətlər olub. Maddi yardımla bağlı müraciət edənlərdən 29 nəfərə pul və material yardımları edilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 54 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, icarə müddəti bitmiş 9 nəfərin icarəsinə, 4 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. icarəyə verilən torpaq sahələrindən ikisi şəhid ailələrinə və Qarabağ qazilərinə hündürmərtəbəli binalar tikilməsi üçün ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 25 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsi, ikisi Qarabağ müharibəsi əlilidir.

439 nəfər müxtəlif dövlət orqanlarına arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.

Məlumatda daha sonra qeyd edilir ki, hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 177 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət edilib.

Belediyye.info

ŞƏRHLƏR