"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsində “Maarifləndirmə mərkəzi” yaradılacaq

--2015-12-17 / 20:38

Mingəçevir Bələdiyyəsində Mənzil Fondunun idarə edilməsi ilə bağlı seminar keçirilib. Maarifləndirmə məqsədi daşıyan tədbiri Azərbaycan Respublikasının iqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri aparıb. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsindən veriblər.

Məlumatda qeyd edilir ki, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Azərbaycan Respublikası iqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil Kommmunal Siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov, Mənzil Siyasəti sektorunun baş məsləhətçisi Yusif Sofiyev və «Aran» Regional bölməsinin müdiri Elbrus Hüseynov, Mingəçevir Bələdiyyəsinin «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı çıxış edərək Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin mənzil fondunun idarə edilməsinə aid maddələrindən, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarından danışıblar. Məhəllə komitələrinin fəallarının və kommunal təsərrüfatı idarələrinin nümayəndələrinin iştirak etdiyi praktik seminar diskussiya şəraitində keçib. Sonda iştirakçılara Mənzil Fondunun idarə edilməsinə dair sənədlər toplusu və maarifləndirici buklet paylanılıb və bildirilib ki, Mingəçevir Bələdiyyəsində «Maarifləndirmə Mərkəzi» yaradılacaq, bütün lazımi sənədlər və məlumatlar yaradılacaq  mərkəz vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.

Belediyye.info

ŞƏRHLƏR