Azərbaycan qəsəbə bələdiyyələri arasında Xəzər rayonu Mərdəkan bələdiyyəsinin öz yeri və çəkisi vardır. Formalaşdığı illərdən bu günədək bir çox layihələrə imza atan bələdiyyə bu gün seçicilərinin etimadını doğrultmaq üşün əlindən gələni əsirgəmir və daim seçicilərinin problemlərinin həllinə çalışır. Bu gün Mərdəkan sakinlərinin üz tutduqları ünvan yalnız Mərdəkan bələdiyyəsidir. istənilən problemin həlli ilə bağlı bələdiyyəyə edilən müraciətlər diqqətdən kənarda qalmır.
Respublika üzrə ilk internet resursunun yaradılması, inzibati binada şəbəkənin qurulması və müasir informasiya texnologiyalarından səmərəli şəkildə istifadə edilməsi Mərdəkan bələdiyyəsinin uğurlarından sayılır.
Fəaliyyətlərində əsas məqsəd aztəminatlı ailələrə dəstək verilməsi, qəsəbənin yaşıllaşdırılması, habelə qəsəbənin təmizliyinə çalışmaqdır. Fəaliyyətləri ilə təcrübəsi yayılmalı olan bələdiyyə mediaya hesabat verməyi də unutmur.
“Bələdiyyə həyatı” qəzetinin bu və digər suallarını cavablandlıran Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov sədrlik etdiyi qurumun bələdiyyə qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyini qeyd edib. Sədrin sözlərinə görə, bələdiyyə daim Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, ölkə prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir: “Bələdiyyələr, o cümlədən mənim rəhbərlik etdiyim bələdiyyə bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bu sahədə əvvəlki illərdən fərqli olaraq, inkişafın, tərəqqinin, təcrübənin artması göz önündədir. Bələdiyyələr fəaliyyətlərini getdikcə təkmilləşdirir, maliyyə və digər imkanlarını genişləndirir. Təbii ki, bu sahədə əldə olunan uğurlar dövlətin və onların yerlərdəki orqanlarının bilavasitə qayğısı və diqqəti sayəsində əldə olunur.”
Qeyd edək ki, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və hesabatın verilməsi bələdiyyənin diqqət mərkəzindədir. Üzərimizə düşən əsas yük ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, görülən işlər barədə sakinlərə mütəmadi olaraq məlumat verilməsi ilə bağlıdır. Bələdiyyənin fəaliyyəti barədə məlumatların mətbuatda dərc edilməsi, korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi, o cümlədən görülən işlərin ictimaiyyətə çatdırılması fəaliyyətimizin əsas istiqamətlərindədir.
əlavə edək ki, altı ay ərzində Mərdəkan bələdiyyəsinin 6 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyənin icra aparatının, daimi komissiyaların iş planları təsdiqlənmişdir. Qeyd edək ki, ötən dövr ərzində Mərdəkan bələdiyyəsinə 137 ədəd məktub və 30 ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı bələdiyyə rəhbərliyi tərəfindən 255 vətəndaş qəbul edilmişdir.“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Ötən dövrdə aztəminatlı ailələrin maddi durumu da diqqət mərkəzində saxlanılmışdır. Altı ay ərzində qəsəbədəki aztəminatlı, imkansız ailələrin 33 nəfərinə, o cümlədən, 3 sakinin yas mərasiminin keçirilməsinə maddi yardım göstərilmişdir. O cümlədən “20 Yanvar faciəsi”nin 25 illiyi ilə əlaqədar, 20 Yanvar əlilinin hər birinə 50 (əlli) manat pul vəsaiti və ərzaq yardımı, Xocalıdan olan şəhid ailələrinə, Çernobıl əlillərinə və ümumi səbəbdən əlil olan şəxslərə ərzaq yardımı ilə köməklik olunmuşdur.
Alman-Faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar, müharibə iştirakçılarına 50 manat pul vəsaiti və ərzaq yardımı ilə köməkilik göstərilmişdir. Həmçinin, müharibə iştirakçısı Mansurov ələs əsgər oğluna 90 illik yubileyilə əlaqədar qol saatı təqdim edilmişdir.
Fəaliyyətmizdə məktəb yaşlı uşaqları da unutmamışıq. Qəsəbə məktəblərində “Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən inşa-yazı müsabiqəsinin 3 qalib şagirdinə və məktəb həyətini yaşıllaşdırmaq, abadlaşdırmaq, qorumaq məqsədilə keçirilən “Təbiəti sevənlər” müsabiqəsinin 3 qalibinə pul mükafatı verilmişdir.
Qəsəbədə aparılan yaşıllaşdırma işləri ilə əlaqədar sakinlərin müraciətlərini nəzərə alaraq, Tibbi Reabilitasiya xəstəxanasına və H.Z.Tağıyev adına 123 â„–-li tam orta məktəbə şam ağacı və müxtəlif bəzək kolları alınıb verilmişdir. Bununla yanaşı “Bakı-2015” 1-ci Avropa Oyunlarının açılışı ilə əlaqədar, H.Z.Tağıyev küçəsindən “Dalğa Arena” idman Mərkəzinə qədər olan ərazidə iməcliklər keçirilmiş və bir zolaq hissədə 400-ə yaxın şam ağacı əkilmişdir.
Mərdəkan qəsəbəsinə daxil olarkən, ərazidə təmizlik, yaşıllaşdırma və ekoloji mühitin mühafizəsi ilə əlaqədar, şağan qəsəbəsi ilə həmsərhəd hissəyə döşənmiş qazon qatı mütəmadi olaraq suvarılır və bu işlər davam etdirilir.
Yeni yolun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun üstündə 1000-ə yaxın əkilmiş Xan çinarlar vaxtlı-vaxtında suvarılır və onlara aqrotexniki qulluq göstərilir.
Qəsəbənin S.Yesenin küçəsindən, “Dalğa-Arena” idman Mərkəzinə qədər olan ərazidən, Dəmiryolçular, Muxtar Hüseynov küçələrindən, Bağlar massivindən məişət-tullantıları mütəmadi olaraq yığılıb daşınmışdır.
Söhbətimizin sonunda Mirbaba Hüseynov maraqlı bir məqama da toxunmağı unutmadı: “Problemlər həmişə olub, olacaqdır. əsas məqsədimiz problemlərin həllinə çalışmaqla seçicilərimizin etimadını doğrultmaqdır”
Beləliklə, Mərdəkan bələdiyyəsinin fəaliyyəti ilə tanış olduq. inanmaq olar ki , bələdiyyə bundan sonrakı illərdə də seçicilərinə verdikləri sözə əməl etməklə, yerli əhəmiyyətli məsələlərin həllində öz töhvələrini verəcəklər.
“Bələdiyyə həyatı” qəzeti