"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mövsüm Hüseynov: “Fəaliyyətimiz sayəsində 106,59 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna qaytarılmışdır.”

--2017-07-11 / 18:41

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onlara metodiki yardımla  bağlı 2017-ci ilin birinci yarımil ərzində görülmüş işlər barəsində Bərdə regional ədliyyə idarəsinin rəisi, ədliyyə müşaviri Belediyye.infoya geniş açıqlama verib:

 -Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onlara metodiki köməklik sahəsində Bərdə regional ədliyyə idarəsi tərəfindən 2017-ci ilin birinci yarımili ərzində görülmüş işlər barədə hesabat verərkən bildirmək istərdik vətəndaş müraciətlərinə baxılması zamanı bir sıra hallarda vətəndaşlar idarəyə dəvət olunaraq rəhbərlik tərəfindən qəbul edilmiş, digər hallarda isə idarə əməkdaşları tərəfindən müvafiq olaraq yerlərdə araşdırma aparılmışdır.

Müraciətlərin araşdırılmasının nəticəsi barədə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciət müəlliflərinə, müvafiq təşkilatlara  və Bələdiyyələrlə iş mərkəzinə məlumat verilmişdir.

Müraciətlərə baxılarkən Tərtər rayonu əskipara və Ağcabədi rayonu Avşar bələdiyyələrinin maliyyə təsərrüfat fəaliyyətini əks etdirən və digər sənədləri tərəfimizdən götürülərək inzibati nəzarət icraatı qaydasında araşdırılması məqsədilə müvafiq olaraq idarənin məktubları ilə Mərkəzə təqdim olunmuşdur.

Həmçinin, Bərdə rayonunun Qaradağlı bələdiyyəsinin sabiq sədri ibrahim Qarayevin fəaliyyətinin Respublika Baş Prokurorluğunda araşdırılması ilə bağlı həmin bələdiyyənin sabiq üzvlərindən alınmış izahatlar Baş Prokurorluğa təqdim olunması üçün Mərkəzə göndərilmişdir.

Bununla yanaşı, müraciətlərə baxılarkən aparılmış araşdırma zamanı bələdiyyələrin fəaliyyətinə aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə Ağcabədi rayonunun Avşar və Qaravəlli bələdiyyələrinə, Bərdə rayonunun Bəcirəvan, Cəyirli və Uğurbəyli bələdiyələrinə, Tərtər rayonu Hacıqərvənd bələdiyyəsinə, habelə Mingəçevir və Yevlax bələdiyyələrinə ümumilikdə 8 tövsiyə məktubu, eyni zamanda torpaqların qanunsuz ayrılması ilə əlaqədar bələdiyyə qərarlarının ləğv edilməsi barədə Bərdə rayonunun Bəcirəvan və əskipara bələdiyyələrinə 2 təklif məktubu göndərilmişdir.

Qeyd olunan ümumilikdə 10 tövsiyə və təklif məktublarından 9-u müvafiq bələdiyyələr tərəfindən müzakirə edilmiş, 1 tövsiyə isə hələ baxılmaqdadır.

Hesabat dövründə tərəfimizdən baxılmış ümumilikdə 113 müraciətin 5-i müsbət , 2-si qismən həll olunmuş, 3-ü işə alınmış, 5-i araşdırılmış, 1-i aidiyyəti üzrə göndərilmiş, 85-nə əsaslandırılmış cavab verilmiş, 12-si isə növbəti hesabat dövrünə qalıq qalmışdır.

Bununla yanaşı qeyd etmək yerinə düşər ki, hesabat dövründə idarəyə 4.268 bələdiyyə aktı daxil olmuşdur ki, bunların da hamısına inzibati nəzarət qaydasında baxılmışdır.

inzibati nəzarət qaydasında baxılmış aktlardan 4.201-i işə alınmış, 67 aktın ləğvi və ya aidiyyəti sənədlərin təqdim edilməsi, edilmədikdə isə aktın ləğvi, habelə dəyişdirilməsi barədə təklif göndərilmişdir.

Göndərilmiş təkliflərə əsasən 6 akt ləğv edilmiş, 41 akt dəyişdirilmiş, 15  aktla bağlı müvafiq təsdiqedici sənədlər tədim edilmiş, 5 təklif isə hələ baxılmaqdadır.

Həmçinin, aktlara tərəfimizdən baxılması zamanı bələdiyyələrə müxtəlif məzmunlu 154 tövsiyə məktubu göndərilmişdir ki, bunlardan da 127-si müzakirə edilmiş, 27-si isə növbəti hesabat dövrünə qalıq qalmışdır.

Bələdiyyələr tərəfindən qanunsuz mülkiyyətə, icarəyə və istifadəyə torpaq sahələrinin verilməsinə dair ümumilikdə 8 aktın ləğv etdirilməsi nəticəsində qanunsuz mülkiyyətə verilmiş 0,63 ha və icarəyə verilmiş 105,96 ha torpaq sahəsi olmaqla, cəmi 106,59 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna qaytarılmışdır.

Aktların qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 7 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir .

Yeri gəlmişkən qeyd edim ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə yanaşı, bələdiyyələrə metodiki köməklik və hüquqi maarifləndirmə sahəsində də müəyyən işlər həyata keçirilmişdir.

Belə ki, Bələdiyyələrlə iş mərkəzinin 11.01.2017-cı il tarixli, 9-5 â„–-li məktubuna uyğun olaraq 2017-ci ilin birinci yarımili ərzində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında Mərkəzlə razılaşdırılmış qrafikə əsasən 28.01.2017-ci il tarixdə Bərdə rayonu Otuzikilər bələdiyyəsində, 11.02.2017-ci il tarixdə Bərdə rayonu Kətəlparaq bələdiyyəsində, 25.02.2017-ci il tarixdə Bərdə rayonu Mustafaağalı bələdiyəsində, 11.03.2017-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli bələdiyyəsində, 08.04.2017-ci il tarixdə Ağcabədi rayonu Qaradolaq bələdiyyəsində, 22.04.2017-ci il tarixdə Ağdam rayonu Xındırıstan bələdiyyəsində, 06.05.2017-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsində, 10.06.2017-ci il tarixdə isə Tərtər bələdiyyəsində ümumilikdə 35 bələdiyyə üzrə 167 nəfər bələdiyyə üzvü və qulluqçusunun iştirakı ilə 8 yerli seminar keçirilmişdir.

Həmçinin, Bərdə rayonu Bəcirəvan bələdiyyəsinin 17.02.2017-ci il tarixli və Tərtər rayonu əskipara bələdiyyəsinin 04.03.2017-ci il tarixli iclaslarında bələdiyyənin fəaliyyətinin araşdırılması zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə idarənin müvafiq tövsiyyə məktublarının müzakirəsində idarə əməkdaşları iştirak etmişlər.

idarənin böyük məsləhətçisi E.ibrahimovun ”Bələdiyyə qulluqçuları xidməti davranışlarında qanunvericiliyin tələblərinə əməl etməlidirlər” adlı məqaləsi Belediyye.info saytında yerləşdirilmişdir. Bununla yanaşı, idarə əməkdaşlarının keçirdikləri seminarlar barədə məlumatlar da həm Belediyye.info, həm də Bərdə regional ədliyyə idarəsinin rəsmi saytında yerləşdirilmişdir.

Eyni zamanda, vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı idarə əməkdaşları tərəfindən hesabat dövründə qəbul aparılmış və cari ilin yarımili ərzində 37 nəfər qəbul edilmişdir. 

Belediyye.info

ŞƏRHLƏR