"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Müdafiə Nazirliyi Yasamal Bələdiyyəsinin şöbə müdirini “Fəxri Fərman” la təltif edib

--2021-03-02 / 16:59

Yasamal Bələdiyyəsinin ərazi idarəetmə şöbəsinin müdiri Rizvan Mahmudov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilib.

Nazirliyin idarə rəisi, general-mayor Rasim əliyevin imzaladığı “Fəxri Fərman” Rizvan Mahmudova “Vətən müharibəsi dövründə orduya dəstək və vətənpərvərlik nümunəsinə görə” təltif edilib.

R.Mahmudov bundan əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun imzaladığı “Fəxri Fərman” la təltif edilmişdir.

Qeyd edək ki, 06 aprel 1962-ci ildə Gürcustan Respublikasının Qardabanı rayonunun Kosalı kəndində anadan olan, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirən Rizvan Mahmudov 2020-ci ilin yanvarından Yasamal bələdiyyəsinin ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışır.

əlavə edək ki, hazırda Yasamal bələdiyyəsi ölkə bələdiyyələri arasında qabaqcıl bələdiyyələr sırasındadır.

 Belediyye.info

ŞƏRHLƏR