"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyə sədri: “Növbəti ildə 100 min manat əldə etmək niyyətindəyik”

--2018-12-08 / 07:36

“Zaqatala rayonu Muxax bələdiyyəsi 2019-ci  il üçün nəzərdə tutulan büdcəni bələdiyyə iclasında müzakirə edərək 07 dekabr 2018-ci il tarixdə bələdiyyə üzvlərinin iclasında təsdiq edib”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Valeh Abdullayev bildirib.

Mövuzyla əlaqəli ətraflı məlumat verən bələdiyyənin sədri Valeh Abdullayev daha sonra bildirib:

“2018-ci il Muxax bələdiyyəsi üçün uğurlu illərdən olub. Bələdiyyənin nəzərdə tutduğu bir çöx layihələr həyata keçirilib.Yerli (bələdiyyə) vergilərin Avtomatlaşdırılmış məlumat sisteminin vergilərin yığılmasında bələdiyyəmiz üçün deyətdim ki, çöx böyük köməkliyi olub. Poşt vasitəsi ilə vergilərin ödənilməsi vətəndaşlarımızın bələdiyyəyə olan inamlarını bələdiyyəyə olan ehtibarını artırıb. Bu bizi olduqca sevindirir.

Qeyd edilənlərdən başqa Vergi ödəyiçilərimizlə mütamadi olaraq aparılan söhbətlər,ərazidə “Bələdiyyə Məlumat” lövhələrinə yerləşdirilən bildiriş xəbərdarlığı nəticəsində 2018-ci ildə vergilərin yığımında bir sıra uğurlara nail olmuşuq.

Sədrin sözlərinə görə bələdiyyənin 2019-cü il üçün tərtib olunmuş büdcə layihəsi oktyabr ayından təsdiq olunana qədər dəfələrlə komissiyalarda müzakirə edilmiş təkliflər dinlənilmiş,   büdcənin təsdiqi zamanı səmərəli təkliflər nəzərə alınmışdır.

2019-cu ildə torpaq vergisindən qalıqla birlikdə 18000 manat, əmlak vergisindən 11000 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən 58000 manat və bələdiyyə torpaqlarının icarəyə verilməsindən 13000 manat əldə etməyi nəzərdə tutmuşuq.”

Belediyye.info

ŞƏRHLƏR