"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi “şəhidlər abidə kompleksi”nin təmirinə başlayıb

--2018-12-11 / 07:40

Zaqatala rayonu Muxax bələdiyyəsi 2018-ci ilin sonunda vətəndaşların müraciəti əsasında daha bir layihənin icrasına başlayıb. Bələdiyyə üzvləri iclasının qərarı əsasında bələdiyyə sədri Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə Muxax kəndində “şəhidlər abidə kompleksinin ətrafında abadlıq və təmir-tikinti işlərinə başlanılıb.

Tikinti təmir işləri 15-20 gün ərzində başa catacaq. Bununla yanaşı abidə ətrafında həmişə yaşıl dekarativ bəzək agaclarının əkilməsi və sair abadlıq işləinin görülməsi də nəzərdə tutulub.

Məlumat verərək onu da bildiririk ki Muxax bələdiyyəsi ərazisində bələdiyyə tərəfindən icra olunan layihələrin hamısı vətəndaşlarımızın müraciətləri əsasında həyata keçirlir. Ona görə də bələdiyyə vətəndaş həmrəyliyi şəraitində işlərimizi qurduğumuzdan bələdiyyəmizin ərzisndə yaşayan hər bir vətəndaşımız gördüyümüz işlərdən razılıqlarını bildirirlər.

Bələdiyyə sədri daha sonra bildirib ki, bundan sonra da işlədiyim müddətdə calışacağam ki, həmişə vətəndaşlarımızın müraciətlərini diqqətdə saxlayacağıq.

Belediyye.info

ŞƏRHLƏR