Muxax bələdiyyəsi daha bir layihənin icrasını başa catdırıb. Bu gün Zakatala rayonu Muxax kəndinin şəhidlər xiyabanı yanında olan daimi istifadədəki piyada yolunun təmiri başa catdırılaraq vətəndaşların istifadəsinə verilib. Həmin yolun kənarlarına bardur qoyulmaqla asfalt döşənmişdir.
Məlumat üçün bildiririk ki,yol olduqca bərbat vəziyyətdə idi.Yağışlı günlərdə piyada həmin yoldan kecmək mümkün deyildir.
Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubovun verdiyi məlumata görə, yolun qalan hissəsində təmir işləri aparılması nəzərdə tutulub. Sədrin sözlərinə görə, bizim seçicilərimizin arzularını ərazidə həyata kecirməyə calışırıq. Bizim də seçcilərimizdən bir istəyimiz var, bələdiyyəyə olan vergi borclarını vaxtında ödəsinlər ki, biz də ərazidə nəzərdə tutduğumuz digər layihələri həyata kecirə bilək.
Belediyye.info
|
|
|
|
|
|
|