Bu gün vətəndaşların bələdiyyələrdə qəbulu, onların qaldırdığı problemlərin həlli hər bir yerli özünidarəetmə orqanının əsas vəzifəsi sayılır. Bəs bu proses Qaradağ rayonu Lökbatan bələdiyyəsində necə yerinə yetirilir?
Belediyye.infonun suallarını Qaradağ rayonu Lökbatan bələdiyyyəsinin sədri Namizəd ismayılov cavablandırır:
- Bələdiyyənizdə vətəndaş qəbulları hansı formada təşkil edilir?
- Bu gün Lökbatan bələdiyyəsində vətəndaşlar sədr, sədr müavini, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları tərəfindən hər gün qəbul edilir. Hər bir müraciətin qanunvericiliyin tələbinə uyğun qeydiyyatı aparılır. Vətəndaşların müraciəti Lökbatan bələdiyyəsinin feysbook səhifəsində ictimailəşdirilir.
- Bəs bələdiyyə sədri olaraq sakinləri nə vaxt qədul edirsiniz?
- Lökbatan bələdiyyəsi sədrinin qəbul günləri bazar ertəsi, çərşənbə və cümə günləri saat 10-00-dan 18-00 -dəkdir. Eyni zamanda sakinlər iş vaxtı istənilən saatda qəbulda ola bilərlər.
- Bu istiqamətdə sizin bələdiyyəniz hansı yeniliyi edib və ya etməyi nəzərdə tutur?
- Cari ildə məhəllə komitələrinin iştirakı ilə səyyar qəbullarının keçirilməsini nəzərdə tuturuq.
- 2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri neçə nəfəri qəbul edib, sakinlərin qaldırdığı məsələlər öz həllini necə tapıb?
- Qeyd etmək istərdim ki, ötən il bələdiyyə sədri olaraq tərəfimdən 357 nəfər qəbul edilmışdır. şifahı müraciətlərin qeydiyyat kitabında qeydiyyatı aparılır.
Lökbatan bələdiyyəsinin səlahiyyətləri dairəsində olan məsələlər imkan daxilində həll edilir, bələdiyyəyə aid olmayan məsələlər barədə qəbulda olan sakinlərlə müvafiq izahat işləri aparılır.
- Vətəndaş qəbullarının qeydiyyatı aparılırmı?
- Deməliyəm ki, vətəndaşların yazılı və şıfahi müraciətlərinin qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatı aparılır.
- Bələdiyyənizə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilirmi, bu istiqamətdə təhlil və təsnifatlaşdırma aparılıbmı?
- Bələdiyyəyə daxil olan ərizə və müraciətlər aidiyyatı üzrə bələdiyyə iclasında müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.
Belediyye.info