"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

N.ismayılov: “Quxuroba bələdiyyəsi əhalinin içməli suya olan tələbatını ödəmək üçün ciddi layihələri icra edib”

--2017-06-02 / 09:57

Qusar rayon Quxuroba bələdiyyəsinin sədri Namiq ismayıovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə ötən ildən başlayaraq imkansız ailələr maddi yardımların verilməsiylə bağlı ciddi bir layihəyə imza atıb.

il ərzində bələdiyyə tərəfindən ayrılan maliyyə vəsaitiylə alınan bağlamaları aztəminatlı ailələrə müqəddəs bayramlar da çatdırılır.

Bələdiyyə sədrinin sözlərinə görə,  ötən dövr ərzində   inzibati ərazi daxilində bələdiyyənin əməkdaşları tərəfindən 450 müxtəlif növ ağac əkilib.

Bununla yanaşı AzKiL  təşkilatının layihəsi və bələdiyyənin təşkilaçılığı ilə bələdiyyənin  inzibati ərazisinə daxil olan Hiloba kəndində 23 tonluq  içməli su çəni quraşdırılması başa çatdırlımış  və 7600 metr diametrili borularla  kənddaxili məhəllələr su xəttləri çəkilimişdir.

Bundan başqa bələdiyyənin maliyyə dəstəyi ilə 24 tonluq su çəni qoyulmuş 2015 və  3000 metr yeni yasayiş massivinə icməli su xəttləri çəkilib.

Cari ildə də bir sıra layihələrin icrasını davam etdirən Quxuroba bələdiyyəsinin furbol komandası  Ulu Öndər Heydər əLiYEViN xatirəsinə  həsr olunan  regional futbol  çempionatında bininci yer tutub.

Cari ildə Çubuqlu kənd qəbristanlığının ətrafı bağlanılması bələdiyyənin gördüyü işlərdən sayılır.

Sədrin sözlərinə görə,   Quxuroba, Çubuqlu, Ləyər-qışlaq, Yasaboba, kəndlərində kənddaxili yollar cari təmir edilib.

əhalinin içməli suya olan tələbatının ödəmək məqsədi ilə Quxuroba və əniğoba kəndlərinin arteziyan  quyularının su nasosları bələdiyyənin maliyyə vəsaitiylə  təmir edilib.

Belediyye.info

ŞƏRHLƏR