“Masallı rayon Boradigah qəsəbə bələdiyyəsi cari ilin altı ayı ərzində 21.100 manatlıq vergi və rüsumları toplaya bilib”- bu sözləri Belediyye.infoya Boradigah bələdiyyəsinin sədri Nərgiz Məmmədova bildirib.
Xanım bələdiyyə sədrinin sözlərinə görə, “hazırda əsas çətinliyimiz sakinləri vergiyə cəlb etməkdir. 2015-ci ilədək sakinlərin vergiyə cəlb edilməsində ciddi məsuliyyətsizlik olduğundan, bu gün bələdiyyənin üzvləri və qulluqçuları tərəfindən sakinlər arasında sistemli şəkildə vergi ödənişləri ilə bağlı təbliğat işləri aparılır.
əldə etdiyimiz maliyyə vəsaitində torpaq vergisi, avtodaynacaqlar üzrə rüsumlar, əmlak verigisi və icarə haqqlarından daxil olan ödənişlər üstünlük təşkil edir.
2000-dən artıq təsərrüfatın, 12 min nəfərdən artıq sakinin yaşadığı qəsəbədə vergiödəyicilərinə bildirişlərin paylanılması başa çatmaq üzrədir. Bu gün əsas diqqətimizi sakinləri vergiyə cəlb etməkdir.
Boradigah 1966-cı ildən Azərbaycan Respublikasının Masallı rayonunun tabeçiliyində olan şəhər tipli qəsəbədir. inzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini özündə birləşdirir. Qəsəbədə 1853-1854-cü illərdə tikilmiş memarlıq abidəsi olan məscid, XIX əsrə aid olan günbəzli 2 hamam, 4 orta məktəb, sağlamlıq mərkəzi, məişət evi, taxıl dəyirmanı, 2040 yerlik elektron ATS, 2 şadlıq evi, 2 restoran fəaliyyət göstərir.
ilk seçkilərdə bələdiyyənin 11 üzvü olub. Hazırda bələdiyyə üzvlərinin sayı 13 nəfərdir. Bələdiyyənin ilk sədri Hümmət Talıbzadə, 2008-ci ildən isə bələdiyyəyə ədalət əhmədov sədrlik edib. 2015- ci ilin yanvar ayından isə bələdiyəyə Nərgiz Məmmədova sədrlik edir.
Belediyye.info