"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

N.Qaraxanov: “Bir sıra ciddi layihələr məhz Nəsimi RiH-in təşəbbüsü ilə həyata keçirilib”

--2017-11-02 / 20:19

Nəsimi bələdiyyəsi  Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində Nəsimi rayonu  Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbin akt zalında sakinlərlə görüş keçirib

Tədbirdə  Nəsimi bələdiyyəsinin üzvləri,  Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Asossiasiyalarının əlaqələndircisi Tofiq Həsənov, rayon ağsaqqaları, veteran təşkilatlarının nümayəndələri, QHT və  KiV  nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Nəsimi  bələdiyyəsinin sədri Nazim Qaraxanov geniş məruzəylə çıxış edib.

Məruzəsində bələdiyyə sədri bələdiyyənin həyata keçirdiyi layihələrdən danışaraq, Nəsimi RiH in daim dəstəyini hiss etdiklərini bildirib.

Sədrin sözlərinə görə, bir sıra ciddi layihələr məhz Nəsimi RiH in təşəbbüsü ilə həyata keçirilib.

Sədr çıxışında “Yerli Demokratiya Həftəsinin” mahiyətindən danışaraq, həftə ərzində həyata keçirilən və keçiriləcək işlərdən tədbir iştirakçılarının diqqətinə  çatdırıb.

Tədbirdə Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Asossiasiyalarının əlaqələndircisi Tofiq Həsənov və rayon veteran təşkialatlarının nümayəndələri həftənin mahiyətindən, məqsəd və vəzifələrindən danışaraq Nəsimi bələdiyyəsinin bu istiqamətdə atdığı addımları müsbət  dəyərləndiriblər.

Tədbirdə bələdiyyənin rəsmiləri iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Belediyye.info

ŞƏRHLƏR