"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov: “Belə hallar təkrarlanarsa...”

--2018-07-20 / 19:44

Xəbər verdiyimiz kimi, may ayında Bakının Nəsimi rayonunda Nəsimi RiH-in təşəbbüsü və Nəsimi Bələdiyyəsinin təşkilatçılığı ilə “izmit parkı” sakinlərin istifadəsinə verilmişdi.

Qeyd edək ki, Cavadxan küçəsində olan parkda quraşdırılan idman qurğuları Nəsimi Bələdiyyəsiylə qardaşlıq əlaqəsi olan Türkiyənin izmit bələdiyyəsinin hədiyyəsi idi.

Parkın açılış mərasimində iştirak etmək üçün Türkiyənin Kocaeli vilayətindən geniş tərkibli heyəti paytaxtımıza səfər də etmişdi.

Bu günlərdə parka baxış keçirən Nəsimi Bələdiyyəsinin işçi qrupu ciddi problemlərlə üzləşib. Bununla bağlı Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov Belediyye.info vasitəsiylə sakinlərə açıqlama ilə çıxış edib. Belə ki, sədr Belediyye.infoya açıqlamasında bildirib ki, bəzi sakinlərimiz parka qarşı diqqətsizlik, sayğısızlıq göstərərək parkda quraşdırılan işıq plafonlarını sıradan çıxarıb. Bu gün beşdən artıq işıq plafonu sıradan çıxarılıb.

Bununla yanaşı bir neçə oturacağın taxtası sökülüb, qazon örtüyü və güllər köklü qoparılıb və bəzi yerlərə kobud şəkildə qırılıb.

Sədrin sözlərinə görə, hazırda parkın iknici hissəsində ciddi işlər aparılır. Yaxın günlərdə yəqin ki, parkın açılışını edə biləcəyik. Belə abadlıq aparılan yerlərdə parka bəzi sakinlər tərəfində divan tutulması yolverilməzdir, hər bir sakin tərəfindən bu addım pislənilməlidir.

Bələdiyyə sədri sakinləri diqqətili olmağa, belə hallara yol verməməyə səsləyib: “əraziyə kameralar quraşdırmağı planlaşdırırıq. Belə hallar təkrarlanarsa hüquq mühafizə orqanalarna müraciət etmək məcburiyyətində qalacağıq.”

 Belediyye.info

ŞƏRHLƏR