“Büdcəmizin əsas hissəsi əmlak vergisindən formalaşır. Bu istiqamətdə gəlirlərimizi 14 faizədək arıtra bilmişik. Ötən il ərzində bələdiyyə tərəfindən 334.000 manat əmlak vergisi yığlıb. Cari ilin birinci rübü ərzində isə 99.345 manat vəsait toplaya bilmişik”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.
Sədrin sözlərinə görə, rayon ərazisində 51.000-dən artıq təsərrüfat subyekti vardır. Bu rəqəmin təxminən 10.500-nə güzəşt tətbiq edilir. Qalan 40.500 təsərrüfat subyektinin 15.500-də yaşayış var, lakin çıxarış yoxdur. Beləlkilə, çıxarışı olan 25.000 təsərrüfatın 11.500-ü vergiyə cəlb edilib. Lakin 13.500 isə vergiyə cəlb olduqları halda vergini ödəmirlər:
“Ümumən, 15.500 mənzili çıxaırşı olmadığından vergiyə cəlb edə bilmirik, 13.500 isə məsuliyyətsizlik edərək vergiləri ödəməkdən yayınır. Vergi məcəlləsində vətəndaşın “xüsusi mülkiyyətində” olan sözüylə yanaşı “istifadəsində olan” ifadəsi yazılsaydı hesab edin ki, bələdiyyə büdcəsinə il ərzində 500 min manata yaxın vəsait daxil ola bilərdi.
Qısa bir hesablama aparsaq görərik ki, 15.500 yeni tikilini orta hesabla güzəşt tətbiq etməklə 70 kv.m-lə hesablasaq cəmi 1.085.000 kv.m edir. Həmin kvadrat metri isə ən aşağı əmsala yəni 0.4 manata vursaq 434 min manat maliyyə vəsaiti edir.
Demək hazırda bələdiyyə il ərzində 434 min manat vəsaiti itirir. Deyərdim ki, bu dəyişikliyin edilməsinə ciddi şəkildə ehtiyac vardır.”
Belediyye.info