Nərimanov Məhkəməsində hakim Gültəkin əsədovanın sədrliyi ilə 18 mart tarixində keçirilən prosesdə Natiq əliməmmədovuun həm “iNTEKS” şirkətinin rəsmilərinə, həm də Nərimanov bələdiyyəsinə qarşı qaldırdığı iddiasına baxılıb.
Nərimanov bələdiyyəsindən verilən məlumata görə, mart ayının 7-də baxılmalı olan iddianı hakm G.əsədova bir neçə dəfə naməlum səbəbdən vaxtını dəyişərək nəhayət ki, 18 mart tarixində baxacağına qərar vermişdi. O da bildirilir ki, Nərimanov bələdiyyəsi qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət edib. Yəni prosesdə hər iki iddiaya bir yerdə baxılıb.
Nərimanov Məhkəməsinin hakimi Gültəkin əsədovanın sədrliyi ilə baxılan növbəti prosesdə Natiq əliməmmədova aid edilən 1400 kv.metrlik ərazinin müəyyən edilməsi məqsədiylə ekspertiza üçün müvafiq orqana göndərilməsi qərara alınıb.
Nərimanov bələdiyyəsinin çoxsaylı kollektivi inanır ki, “əvvəl-axır ədalət zəfər çalacaq və bələdiyyənin haqqı özünə qaytarılacaq”
Belediyye.info