01 fevral 2022-ci il tarixdə Nərimanov Rayon icra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon Gənclər və idman idarəsinin və Azərbaycan Mədəniyyəti Sosial Platformasının birgə təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində “Azərbaycanın qalib gəncləri” adlı tədbir keçirilib.
Tədbirdə şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov Rayon icra Hakimiyyəti başçısının müavini iradə Muradova, Nərimanov Rayon Gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və idman Baş idarəsinin sektor müdiri Gündüz Vəliyev, Azərbaycan Mədəniyyəti Sosial Platformasının sədr müavini Rəqsanə əsədova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər Xidmətinin rəhbəri Tamerlan əkbərov, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal gənclər iştirak etmişlər.
Tədbirdə natiqlər ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik etdilər, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışlar. Qeyd etmişlər ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq Ümummilli Liderimiz Heydər əliyev 1 fevral 1997-ci ildə “2 fevral - Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir. Natiqlər vurğulamışlar ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyinin yaradılması olmuşdur.
Tədbirin sonunda gənclər sahəsində keçirilən tədbirlərin təşkilində və keçirilməsində göstərdiyi nümunəvi könüllülük fəaliyyətinə görə və “2 fevral - Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə aşağıda adları göstərilən gənclər “ilin gənci” adına layiq görülmüşdür:
1. Rəqsanə əsədova - Azərbaycan Mədəniyyəti Sosial Platformasının sədr müavini
2. Aslan Cabbarlı - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon idarəsinin əməkdaşı
3. Fidan əzizova - “Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri
4. Turab Babayev - 212 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi
5. Gülnar Məlikova - Azərbaycan Kooperasiya Universitetinin tələbəsi
6. ilqar Abbasov - 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi
7. Sona Tanrıverdiyeva - Bakı Dövlət Universitetinin məzunu, “Çərkəzli Akademiyası”nın təsisçi və direktoru
8. Teymur Mustafayev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının məzunu, Bakı “Su idman Sarayı”nın əməkdaşı
9. Selenay Rüstəmova - Azərbaycan Dövlət iqtisad Universitetinin tələbəsi
10. Samir Kərimbəyli - Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, şəhid Elçin Kərimbəylinin qardaşı
11. Sevgiyyə əlizadə - “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri
12. Təbriz əkbərov - Vətən Müharibəsinin iştirakçısı
13. Çiçək şərifova – gənc idmançı
14. Aysel əlizadə - Azərbaycan Mədəniyyəti Sosial Platformasının üzvü
15. əli isgəndərli - Azərbaycan Dövlət iqtisad Universitetinin magistri
16. Nigar Məsimova - “Odlar Yurdu” Kollecin Tələbə-Gənclər Təşkilatının sədri
17. Fidan Nəsirzadə - Azərbaycan Dövlət iqtisad Universitetinin magistri
18. Murad Hüseynli - Bakı Slavyan Universitetinin tələbəsi, Prezident təqaüdçüsü
19. Pünhan Heydərov - “Odlar Yurdu” Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri
20. Sevinc Kamilli - Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi
21. Vüsal Məmmədrəhimov - Bakı Dövlət Universitetinin tələbəsi
22. Ulduz Qəhrəmanova - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının tələbəsi
23. Nahid əsədzadə - Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri
24. Cəsur Bağırov - Bakı Dövlət Universitetinin tələbəsi
25. Vüsal Baloğlanov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının tələbəsi
26. Orxan Cabbarzadə - Dövlət Gömrük Akademiyasının tələbəsi
27. Elçin Məhərrəmov - Dəmir Yol Liseyinin tələbəsi
28. Elnur Həsənbəyli - 1 nömrəli Tibb Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri