Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin təşəbbüsü ilə “Online” ödəniş sisteminin mobil telefon versiyası yaradılıb.
Qeyd edək ki, Nəsimi bələdiyyəsi ölkə bələdiyyələri arasında ilk olaraq elektron ödəniş sisteminə keçib. Həm E-manat sistemində, həm də bələdiyyənin internet resursunda bələdiyyə vergilərini onlayn ödəmək mümkündür.
Sədrin sözlərinə görə, yerli büdcəyə daxil olan vəsaitlərin 25-30 faizi məhz onlayn ödəniş sistemindən daxil olur.
Bələdiyyənin fəaliyyətinə toxunan sədr fevral ayı ərzində bələdiyyə tərəfindən 10 ailəyə 2750 manat vəsait ayrılaraq maddi yardım göstərildiyini, həmçinin ş.əzizbəyov küçəsində yaşayan Cəfərova Afət Məcid qızın müraciətinə əsasən onun I qrup əlil oğlunun əlil qızla nişan mərasimi üçün xərclər Nəsimi bələdiyyəsi tərəfindən qarşılandığını bildirib.
Nazim Qaraxanov açıqlamasında daha sonra bildirib ki, bələdiyyə nəzdində çoxmənzilli binaların mənzil fondunun idarə edilməsi ilə bağlı təşviqat mərkəzi yaradılaraq fəaliyyətə başlayıb.
Nəsimi rayonu ərazisində yaşayan sakinlərin mövcud qanunlarla yaxından tanış olmaları üçün təşviqat mərkəzi çap materialları və bukletlərlə təmin edilib.
Eyni zamanda Nəsimi rayonu ərazisində aparılan abadlıq, təmizlik, quruculuq işlərinin davamı olaraq mikrorayon ərazində məhəllədaxili yollar asfaltlanıb, ağaclar əkilib, məhəllələrdə bordürlər bərpa olunur, istirahət köşkləri yenidən qurulub.
Bu istiqamətdə bələdiyyənin fəaliyyəti davam etdirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|