"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi daha bir ilkə imza atdı-“çAÄžRI MəRKəZi” FəALiYYəTə BAşLASDI

--2016-08-23 / 12:35

Nəsimi bələdiyyəsindən  Belediyye.infoya verilən məlumata görə, bələdiyyə daha bir ilkə imza atıb.  Belə ki, bələdiyyənin nəzdində “Çağrı mərkəzi” fəaliyyətə  başlayıb.

Bütün kommunikasiya xəttlərinin yer aldığı mərkəzdə dörd nəfərin çalışacağı nəzərdə tutulub.

əsas məqsəd ilk olaraq sakinlərin problemlərini eşitmək, onların qaldırdığı məsələləri operativ şəkildə həll etmək,  habelə verdikləri sualları cavablandırmaqdır.

Bununla yanaşı “Çağrı mərkəzinin” əməkdaşları telefonla vergi ödəyicilərinə borcları barədə məlumat verəcəklər.

Qeyd edək ki, bundan əvvəl ilk olaraq Nəsimi bələdiyyəsi vergilərin onlayn ödəniş sisteminin tətbiqinə start verib. Bu gün istər bələdiyyənin internet resursu üzərindən, istərsədə “E-manat” sistemi vasitəsiylə bələdiyyə büdcəsinə vergi və ödənişlər həyata keçirilir.

“Çağrı mərkəzi”nin telefonlarını diqqətə çatdırırıq:

012 440 50 71

Belediyye.info

ŞƏRHLƏR