“Nəsimi bələdiyyəsində yaradılan “Çağrı mərkəzi”nin əməkdaşları hər gün 25-30 zəng qəbul edir”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirib.
Sədrin sözlərinə ötən ildən yaradılan “Çağrı mərkəzi”nin əsas məqsədi sakinləri narahat edən sualların ətraflı cavablandırılması, habelə verilən tədiyə bildirişlərinin sakinlər tərəfindən vaxtında ödənilməsinə nail olmaqdır. Bunun üçün hər gün əməkdaşlar 300-ə yaxın sakinə zəng edərək əmlak borclarının həcmini bildirir və hara ödəməli olduqlarını deyirlər.
“Çağrı mərkəzi”nin vasitəsiylə həm sakinlər məlumatlandırılır, həm də onları maraqlandıran suallar cavablandırılır.
Ölkə bələdiyyələri arasında ilk olaraq Nəsimi bələdiyyəsində yaradılan “Çağrı mərkəzi”nin telefon nömrəsini bir daha xatırladırıq: 012 440 85 42
Belediyye.info