Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun Belediyye.info saytına verdiyi məlumata görə, sentyabrın 14-16-ı aralığında Türkiyənin izmit bələdiyyəsinin nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır. Nəsimi bələdiyyəsinin dəvətiylə gercəkləşdirilən səfərdə Türkiyə tərəfdən nümayəndə heyətinə izmit /KOCAELI Bələdiyyəsinın başçısı Nevzat Doğan rəhbərik edir. Nümayəndə heyətinin Nəsimi Rayon icra Hakmiyyətində və ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzində, habelə Milli Məclisin Regional Məsələlələr Komitəsində görüşləri nəzərdə tutulub. Nəsimi RiH-də keçirilən görüşdə isə Nəsimi bələdiyyəsiylə izmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanacaq.
Sədrin sözlərinə görə, bələdiyyənin bugün keçirilən iclasında da məhz səfərin proqramı və səfərlə bağlı digər məsələlər müzakirə olunaraq təsdiqlənib.
Qeyd edək ki, niyyət protokolunun imzalanmasının əsas məqsədi isə iki bələdiyyə arasında qardaşlıq, dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.
Belediyye.info