"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nevzat Doğan: “Prinsipial məsələlərdə yekdil qərara gələ bilirik”

--2015-09-21 / 03:52

“izmit bələdiyyəsinin 37 üzvü var. Onlardan 21-ədalət və inkişaf Partiyasının, 16-sı Cumhuriyət Xalq Partiyasının  üzvləridir”-bu fikirləri Belediyye.info saytına izmit Bələdiyyə sədri Nevzat Doğan bildirib. Bələdiyyə  məclisində prinsipial  məsələlərdə  siyasi mənsubiyyətə görə fikir ayrılığı olmur.  

Bələdiyyənin əsas maliyyə mənbəyi şəhərdə inşa edilən tikintilərə verilən icazələrdən və əmlak vergisindən daxil olur. Artıq tikintiylə bağlı edilən müraciətə  bələdiyyədə üç gün ərzində cavab  verilir. Beş il əvvəl bu cavabların verilməsi 45 gün çəkirdi.

Nevzat Doğannın sözlərinə görə, tikintiylə bağlı bütün sənədlər paketi təqdim edildikdən sonra müraciət bələdiyyədə qeydə alınır və məclsin iclasında müzakirə edildikdən sonra  cavab verilir. Lakin tikintinin inşası başa çatdıqdan sonra  bələdiyyə ikinci dəfə müraciət edilməlidir. Və bələdiyyə məclisi yenidən müraciətə baxır. Sahibkarın müraicəti məclis üzvlərini qane edərsə, təkilfə müsbət cavab verilir. Sədrin sözlərinə görə, hər iki halda bələdiyyəyə müəyyən rüsum ödənilməlidir. Məhz  yerli büdcənin əsas maliyyə istiqaməti də bu tipli tikintilərin inşasına verilən razılıqlardan formalaşır.

Büdcəmiz il ərzində ortalama rəqəmlə  60 milyon ABş dolları həcmində  olur. Bu vəsaitin yarısını bələdiyyə toplayır, yarısını isə dövlət büdcəsindən daxil olur. Dövlət tərəfindən ödənilən vəsait bələdiyyə ərazisində olan hüquqi  şəxslərən yığılan vergilərin bir qismini təşkil edir.  

Sədrin sözlərinə görə, əmlak vergisinin ödənişində ciddi problemlər yaşanmır. Sadəcə ödəniş səviyyəsi üç ildən bir dəyişə bilər. Belə ki, ərazidə olan mənzillərin orta bazar qiyməti qiymətləndirci şirkətlər tərəfindən müəyyən edildikdən sonra əmlak vergisnin həcmi dəyişə bilər.

Qeyd edək ki, ixtisasca uşaq həkimi olan Nevzat Doğan artıq ikinci dəfədir ki bələdiyyə sədri seçilib. 

Belediyye.info

 

ŞƏRHLƏR