Oktyabrın 17-də Nizami Bələdiyyəsi “Yerli Demokratiya həftəsi” çərçivəsində Qara Qarayev prospektinin sakinləriylə görüş keçirib. Bu barədə məlumatı Nizami bələdiyyəsi yayıb.
Tədbirdə çıxış edən Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev rayonda aparılan genişmiqyaslı işlərdən danışıb.
Nizami rayonunu Bakı şəhərinin rayon və qəsəbələrinin inkişafının gözəl nümunəsi kimi səciyyələndirən Vüqar Quliyev tədbirin məqsədindən danışaraq “Demokratiya həftəsi”nin rayon bələdiyyəsinin inkişafında mühüm rol oynadığını, vətəndaşlar arasında bələdiyyənin nüfuzunun möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Həmçinin məqsədin yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsi olduğunu bildirib.
Vüqar Quliyev Nizami Bələdiyyəsi tərəfindən həftə çərçivəsində keçirilən tədbirlər haqqında da məlumat verib. Sədr Yerli Demokratiya Həfətsiylə bağlı bələdiyyə iclasının qərarıyla iş planının təsdiq edildiyini, bu gün keçirilən görüşün də məhz bu proqrama uyğun təşkil edildiyini qeyd edib.
Sonra çıxış edən Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov diqqətə çatdırıb ki, bələdiyyədə “açıq qapı” günləri elan edilib, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədi ilə bələdiyyənin inzibati binasının qarşısında və əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları” quraşdırılıb, bələdiyyənin inzibati ərazisindəki binaların sakinləri ilə müxtəlif mövzularda müzakirələr aparılıb.
Sonra çıxış edən Respublika Ağsaqqallar şurasının Nizami rayon şöbəsinin sədri Mayıl əliyev, eləcə də sakinlər “Demokratiya həftəsi” çərçivəsində hər bir rayon sakinini aktiv olmağa, bələdiyyənin fəaliyyətinin təşkilində iştirak etməyə dəvət ediblər.
Dialoq formatında keçən tədbirdə sakinləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, müxtəlif təklif və tövsiyələr verilib.
Belediyye.info