"Boynubükük, qulağısallaq bələdiyyə sədrinə kim hörmət qoyacaq? Onu Bələdiyyələrlə iş Mərkəzi də çək-çevirə salacaq, icra başçısı da əzəcək. Diri, özünəinamı olan, işini düzgün quran bələdiyyələrə, bələdiyyə sədrlərinə heç kim heç nə edə bilmir və edə bilməz. Mən bələdiyyələrə, bələdiyyə üzlərinə, bələdiyyə sədrlərinə qürur, şux qamət arzu edirəm. Nəfslərinə deyil, ağıllarına önəm versinlər. Bilirsiniz, Sovet ittifaqı Komunist Partiyası Mərkəzi Komitəsinə Stalin də rəhbərlik etdi, Çernenko da. Bələdiyyə sədrləri özlərini Çernenko kimi aparanda, təbii ki, vəziyyət gəlib bu yerə çıxacaq. Ona görə bələdiyyə sədrləri özlərinə hörmət qoymağı bacarmalıdırlar. Özünə hörmət qoymayan insana da heç kim hörmət qoymayacaq”.