"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Oktay Hüseynov: “Xeyr-şər çadırını ehtiyacı olanlara pulsuz veririk”

--2015-08-19 / 21:54

“Yeni qaydalara uyğun olaraq torpaq və əmlak vergisinin ödənilməsi ilə bağlı maarifləndirmə işləri aparırıq”. Bu sözləri belediyye.info saytına Qazax bələdiyyəsinin sədri Oktay Hüseynov deyib. Onun sözlərinə görə, əhali tərəfindən verginin ödənilməsi prosesi gedir: “Bir o qədər sürətlə olmasa da, yığımların toplanması baş tutur. Xüsusilə, insanlarla apardığımız söhbətlərdən sonra bu sahədə irəliləmə müşahidə olunur”.

O.Hüseynov deyib ki, bələdiyyənin əlavə gəlir mənbələri olmasa da, müəyyən işlər görmüşük: “Belə ki, xeyir-şər çadırı almışıq. Onu kasıblara, imkansız adamlara pulsuz veririk, ehtiyacsız adamlar isə az bir məbləğlə götürüb istifadə edirlər. Bundan başqa bələdiyyənin parkı var və orada  insanlar çalışır. əldə olunan gəlir isə parkın saxlanılmasına yönəldilir.

Onu qeyd edim ki, icra hakimiyyətinin bələdiyyəyə köməkliyi olur. əgər bu kömək olmasa, biz heç bir iş görə bilmirik”.

Bələdiyyə sədri qeyd edib ki, özünüidarəetmə orqanında çalışan işçilərin əmək haqqısının ödənilməsində heç bir problem yoxdur: “Onlar maaşlarını alırlar. Lakin bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna borcu var”.

BəXTiYAR      

 

ŞƏRHLƏR