Xətai RiH–in yaydığı məlumata görə, qardaş Türkiyənin Mersin şəhərində keçiriləcək “Qız qalası” 2-ci Beynəlxalq Turizm Festvalına dəvət alan Xətai rayonunun yeniyetmələrdən ibarət “Səma” rəqs qrupunun üzvləri, rayonun “Zəkalar” liseyinin iki əlaçı şagirdi və onları müşaiyət edəcək nümyəndələr səfərə yola düşməzdən əvvəl rayonun Heydər Parkına gələrək ümummilli liderin abidəsini ziyarət etmiş və xatirəsini ehtiramla anıblar.
Sonra Xətai Rayon icra Hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov rayon icra Hakimiyyəti binasının iclas zalında ölkəmizi qardaş ölkədəki mötəbər tədbirdə təmsil edəcək yeniyetmə gənclərlə görüşüblər.
Nümayəndə heyətinə rəhbərlik edən rayon icra Hakimiyyətinin şöbə müdiri Pənah imanov tədbir haqqında məlumat verərək bildirib ki, iyulun 7-dən 9-a qədər davam edəcək “Qız qalası” 2-ci Beynəlxalq Turizm Festivalında Mersin şəhər valiliyinin və Tarsus şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilir. Azərbaycan nümayəndələrini də Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhərinin bələdiyyə başqanı dəvət edib.
Tədbirdə Xətai rayonundan “Səma” rəqs qrupunun 7 üzvü, “Zəkalar” liseyinin 2 şagirdi, Xətai bələdiyyəsinin sədri əliyar əliyev, rəqs qrupunu rəhbəri və icra hakimiyyətinin şöbə müdiri daxil olmaqla 12 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Belediyye.info