"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Oqtay əsədov: “Bələdiyyələrin sayı həddən artıq çox, gücləri isə azdır”

--2015-05-29 / 19:18

 “Dövlət başçısı çıxışında bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılığını bildirdi. Bələdiyyələrin sayı həddən artıq çox, gücləri isə azdır”. Belediyye.info APA-ya istinadən məlumatına görə, bunu "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Milli Məclis sədri Oqtay əsədov deyib. O bildirib ki, qanunvericilik səviyyəsində bələdiyyələr haqqında hansıssa addımların atılması barədə fikirləşmək lazımdır: “Bələdiyyələrin gücünü artıra bilmirik. Kiçik kəndlərdə bələdiyyələri birləşdiririk, ancaq kifayət etmir. Bələdiyyələrin işi olmalıdır və parlament də bununla bağlı qanunvericilik səviyyəsində addımlar atır və atmalıdır”.

APA

ŞƏRHLƏR